Загрузка...


 

Çexiyadan tikinti və əczaçılıqla bağlı TƏKLİF

09:30, 2017-01-12


Çexiya şirkətləri tikinti, əczaçılıq sahəsində, eləcə də maliyyə sektorunda, Azərbaycan tərəfinə əməkdaşlıq üzrə yeni layihələr təklif etmək niyyətindədir.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə Azərbaycanın Çexiyadakı səfiri Fərid Şəfiyev deyib.

Bu sahələrdə əməkdaşlığın perspektivləri, həmçinin ticarət-iqtisadi əlaqələrin möhkəmlənməsi bütövlükdə yanvarın 17-18-də Bakıda keçiriləcək Azərbaycan-Çexiya hökumətlərarası komissiyasının növbəti iclası zamanı müzakirə olunacaq.

İclas Çexiyanın sənaye və ticarət naziri Yan Mladekin Bakıya səfəri çərçivəsində keçiriləcək. Nümayəndə heyətinin tərkibinə Çexiyanın bir sıra nazirlik və idarələrin, həmçinin iri şirkətlərinin nümayəndələri daxildir.

Çexiyanın ticarət və sənaye naziri ölkə hökumətində və parlamentində də bir sıra görüşlər keçirməyi planlaşdırır.

İqtisadiyyat Nazirliyinin və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə keçiriləcək hökumətlərarası komissiyanın iclasına həmçinin iki ölkənin iş adamlarının iştirakı ilə biznes-forum daxildir.

Milli.Az

ŞƏRH YAZ



Загрузка...

Son xəbərlər



Copyright © 2015-2017 xebervar.com - Bütün hüquqlar Azərbaycan Respublikası qanunvericiliyinə əsasən qorunur.

Saytda yer alan informasiyadan istifadə etdikdə istinad mütləqdir.

Xəbər Uçurduruq

Sayt haqqında | Əlaqə

porno izle porno porno