Xəbər Lentini Aç
loading...

2017-ci ildə Formula 1 Azərbaycan Qran Prisinin qaliblərinə veriləcək kubokların dizaynı dəyişdiriləcək və ötənilki kubokdan fərqlənəcək.

Milli.Az xəbər verir ki, bunu Trend-ə eksklüziv olaraq Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai deyib.

Onun sözlərinə görə, yarışın bütün, yəni dörd kubokunun (pilotlar üçün 1, 2 və 3-cü yer kuboku və Konstruktorlar Kuboku) dizaynında dəyişikliklər ediləcək.

Dəyişikliklərin detallarının hələ məlum olmadığını deyən N.Arpadarai əlavə edib ki, hazırda kubokların dizaynı üzərində iş aparılır: "Martda kubokun dizayn işləri başa çatacaq".

Qeyd edək ki, ötən il kubokun dizaynı öndən baxdıqda Azərbaycanın rəmzi sayılan məşəli xatırladırdı. Belə ki, içi qızılı qırmızı rəngdə olan lövhə ilə əhatə olunmuş milli xalçadan ibarət gümüşü sütun suyun üzərinə yerləşdirilmişdi. Burada su özündə qələbəni əks etdirən Xəzər dənizini təmsil edir.

Üst hissəsinə gümüş sütunun bərkidildiyi fundamentin ön üzündə Formula 1-in loqosu əks olunur. Bununla yanaşı, fundamentin yuxarı hissəsinə Azərbaycan bayrağının rənglərində olan üç halqa qoyulub. Kubok Azərbaycan xalqının inam, güc, birlik və şöhrətini təsvir edən bu elementlərin hamısını özündə birləşdirir.

Milli.Az



loading...
Bənzər Xəbərlər
Bütün
Günün qoroskopu: qətiyyətli, sərt və hətta aqressiv olun
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və ...
Professordan nazirliyə sərt ittihamlar – “Siz nə işlə məşğulsunuz?”
...
Uşaqlarla bağlı yeni qanun layihəsi müzakirəyə çıxarıla bilər
Milli Məclisin qarşıdakı yaz sessiyasında "Yuvenal ədliyyə haqqında" qanun ...
Tikinti materialları bazarındakı aşağı aktivlik dəyişə bilər
"Azərbaycanda tikinti materialları bazarında vəziyyət müəyyən qədər sabitdir. ...
Tahir Əkbər: "Həyat yoldaşım yalvardı ki, acından ölməyə razıyam, amma…" - FOTO
"Dərdin alım", "Heç küsməyin yeridirmi", "Əzizim", ...
Tanınmış aktrisa dünyasını dəyişən oğlu haqda: "Hələ də inanmıram" - FOTO
Əməkdar artist, Gənc Tamaşaçılar Teatrının aparıcı aktrisası Nəsibə Eldarova ...
“Oliqarxlardan biri səhifəmizi almaq üçün 300 min dollar təklif etdi”
...
Şura 2016-cı ilin yekunlarını müzakirə edib
Bu gün Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının ...
Azərbaycanın dərman ixrac edəcəyi əsas ÖLKƏLƏR
Azərbaycan-İran birgə əczaçılıq zavodu hər il 100 milyon dollar həcmində dərman ...
Akif Çovdarovun qohumları məhkəmədə ifadə verdilər - YENİLƏNİB
18:59Sabunçu Rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) ...
Bakıda bir qəsəbənin suyu kəsildi - "Məcbur olduq..."
Suraxanı rayon, Bülbülə qəsəbə sakinləri susuz qalıblar.Sakinlərin lent.az-a ...
Mübariz Qurbanlı: "2017-ci ilin "İslam Həmrəyliyi İli" elan edilməsinin çox böyük əhəmiyyəti var"
"Prezident İlham Əliyevin 2017-ci ili "İslam Həmrəyliyi İli" elan ...