Xəbər Lentini Aç
loading...

"Dünya çempionatında iştirakçı komandaların sayı ilə bağlı qərar yalnız idman prinsiplərinə görə verilib".

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bunu FİFA-nın prezidenti Canni İnfantino deyib.

Ali futbol qurumunun dünən verdiyi qərara əsasən, 2026-cı ildən etibarən dünya çempionatında komandaların sayı 48 olacaq. Bununla bağlı danışan İnfantino təşəbbüskarı olduğu yeni formatın xeyir verəcəyini düşünür: "Yeni formatla birlikdə turnir daha rəngarəng və maraqlı olacaq. 2014-cü ildəki dünya çempionatında Kosta-Rikanın çıxışı, yəqin ki, hələ də yaddaşlardadır. Onlar həm İngiltərə, həm də İtaliyanı turnirdən kənarlaşdırmışdılar. Yeni sistemdə bu cür sürpriz uğurlara şahidlik etmək şansımız artacaq. Turnirə marağı artıran ən önəmli məqamlardan biri də budur".
 
FİFA-nın komandaların sayını 32-dən 48-ə yüksəltməsi İspaniya, Almaniya kimi böyük futbol ölkələrində narazılıqla qarşılanıb. Çoxları bu addımın maddi qazanc üçün atıldığını iddia edir. Lakin FİFA rəhbəri tənqidçilərlə razılaşmır: "Tənqidlər əsasən Avropa ölkələrindən gəlir. Amma futbol təkcə bu qitədə oynanılmır. Getdikcə qloballaşan futbolun yeni şərtlərinə Avropa komandaları da uyğunlaşmalıdır. Onların narazılığı oyun sayına görədir. Amma oyun sayında heç bir dəyişiklik olmayacaq. Turnir əvvəlki illərdə olduğu kimi, yenə 32 gün davam edəcək".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

ŞƏRH YAZ

loading...
Bənzər Xəbərlər
Bütün
"Tənqid məni motivasiya edir"
"Atletico Madrid"in baş məşqçisi Diyeqo Simeone "Athletic"lə oyundan ...
Azərbaycanlı hakimlərə həvalə olunan bugünkü oyunlar
Azərbaycanlı hakimlərin Antalya toplanışı davam edir. Milli.Az goal.az-a istinadən ...
Klüyvert "Lion" prezidentini "yalançı çıxardı"
"Manchester United"in eks-futbolçusu Memfis Depayın adı PSG, ...
"Beşiktaş" üçün pis xəbər
"Beşiktaş" mövsümün sonuna qədər icarəyə götürdüyü Vinsent Abubakarın ...
Marioya Çindən təklif
Bir müddət öncə Aksel Vitselin transferini reallaşdıran "Tianjin Quanjan" ...
"Cüneyt Çakıra artıq Türkiyədə heç bir komandanın oyunçusu və rəhbərliyi güvənmir"
Türkiyə Superliqasının 18-ci turunda "Karabükspor"a 1:2 hesabıyla uduzan ...
Məşhur klub prezidenti dünyasını dəyişdi
Türkiyənin "Gənclərbirliyi" klubunun prezidenti İlhan Cavcav dünyasını ...
Rikardinyo: "Ona görə futbolçu olmağı qərara aldım"
Antalyada təlim məşq toplanışında olan "Qəbələ"nin futbolçusu Rikardinyo ...
Azərbaycanın FİFA referisi: "İspaniyada görüşə bilsək, yenə söhbətləşəcəyik"
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında  olan hakimlər arasında ...
"Runi "Yunayted"in tarix kitablarında yer tutmağa layiqdir"
"Manchester United"in əfsanəvi məşqçisi Ser Aleks Fergüson klubun rəsmi ...
"Məvacibim deyilən qədər yüksək deyil"
Karlos Tevez yanvarın 19-da "Shanghai Shenhua"nın düşərgəsinə gəldi. ...
Təyyarə qəzasından sonra klub ilk oyununa çıxdı
2016-cı il noyabrın 29-da faciəvi təyyarə qəzasında heyətinin əksər ...