Xəbər Lentini Aç
loading...

İstedadımı aça bilmədiyim üçün özümə hirslənirəm. İndiki ağlım olsaydı, dünyanın ən güclü klublarında oynaya bilərdim.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bunu Türkiyə tarixinin ən texnikalı futbolçularından olmuş Yusuf Şimşək deyib.

Hazırda "Mersin İdman Yurdu"nu çalışdıran 42 yaşlı mütəxəssis hurriyet.com.tr saytına maraqlı müsahibə verib. Futbolçu karyerasını dəyərləndirən Şimşək bir çox yanlış addımlar atdığını etiraf edib.
 
O, məsuliyyətsizliyi ucbatından daha zəngin karyera qura bilmədiyini bildirib: "Keçmişdəki səhvlərimin cəzasını çox çəkdim. Xüsusən də, milli komandada az oynamağım məni məyus etdi. İntizamlı həyatım olsaydı, "Fənərbağça"da 3,5 il yox, 15 il oynayardım. Hətta futbolçu ikən indiki kimi düşünsəydim, Türkiyənin ən böyük klubu olan "Fənərbağça" da mənə dar gələrdi. Ölkə xaricində ən böyük klublarda oynayardım, Arda Turanın irəlilədiyi yerdə olardım. İndi futbolçularıma bunları izah edirəm".
 
Şimşək yalnız evləndikdən sonra həyatını dəyişməyə müvəffəq olduğunu söyləyib: "Hər şeyi yaşadım: eşqbazlıq, gecə həyatı, içki, qumar, az yuxu, necə gəldi qidalanma; hamısı oldu. Çox böyük səhvlər etdim. Kaş bu enerjimi futbola verəydim. Dostlarını, əhatəni doğru seçməsən, bunların qurbanı olarsan. Əslində, populyar olmamışdan əvvəl də belə idim. Kəmərdə də, Dənizlidə də balanssız yaşayırdım. Subay vaxtı harda yatdığımı, harda qalxdığımı bilmirdim. Evləndikdən sonra çox dəyişdim. Ondan sonra milliyə çağırıldım, 32 yaşımda "Beşiktaş", "Trabzonspor" kimi klublar arxamca qaçdılar".
 
Gənc çalışdırıcı vaxtında böyüklərinin sözünə qulaq asmamağın peşmanlığını çəkir: "Rüştü Rəçbər, Ogün Təmizkanoğlu və atam tez-tez xəbərdarlıq edirdilər. Atam "oğlum, etmə, həyatına çəki-düzən ver" deyirdi. Mən də "hə, hə" deyib, bildiyimi edirdim. Buna görə, çox peşmanam".
 
Yusuf Şimşək rəhbərliyi altında oynadığı ən yaxşı məşqçilərin adlarını da çəkib. O, "Xəzər Lənkəran"ın sabiq çalışdırıcısı Mustafa Dənizli və "Rəvan"ın keçmiş baş məşqçisi Güvənc Kurtarı bu baxımdan fərqləndirib: "Mustafa Dənizli çox yaxşı məşqçidi. Futbolçunun dilini bilir. O, oyunçulara ən çox sevdikləri məşqləri keçir. Dənizli ilə həm "Fənərbaxça"da, həm də "Beşiktaş"da çempionluq sevinci yaşadım. Ondan başqa, Güvənc Kurtar və Ərsun Yanalı da çox bəyənirəm. Yanalın "Trabzonspor"da uğursuz nəticə qazanmasına təəccüblənirəm. "Fənərbağça"da çempionluq əldə edəndə Ərsun Yanalı bəzi oyunçuların sevmədiyi deyilirdi. Bu, ağır məşqlər keçdiyi üçün ola bilər".
 
Qeyd edək ki, Yusuf Şimşək 2007-2009-cu illərdə Türkiyə yığmasının heyətində 6 oyun keçirib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

ŞƏRH YAZ

loading...
Bənzər Xəbərlər
Bütün
"Arxayınlığın qurbanı olduq"
"Real Madrid"in 40 oyunluq məğlubiyyətsizlik seriyası "Sevilya" ilə ...
"Çox qol fürsəti yaratsaq da, lazım olan qolu vura bilmirik"
İngiltərə Premyer Liqasının 21-ci turunda səfərdə "Everton"a darmadağın ...
FİG: Gimnastikanın inkişafında Azərbaycan modeli digər ölkələrə nümunə ola bilər
Azərbaycanda gimnastikanın inkişaf modeli digər ölkələrə nümunə ola bilər.Bunu ...
"Neftçi"nin keçmiş futbolçusu: "Azərbaycan millisinə qarşı oynamaq xoş oldu
Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığmasıyla 2:2 hesabıyla bitən ...
Ermənistan mətbuatı Vaqif Cavadovdan yazdı
Ermənistan mətbuatı millimizin sabiq üzvü Vaqif Cavadovdan yazıb.Milli.Az ...
Bakı FIG Qitələrarası hakimlik kursuna hazırlaşır - FOTOREPORTAJ
Bakıda ilk dəfə keçiriləcək bədii gimnastika üzrə FIG Qitələrarası hakimlik ...
Avropanın "Böyük beşliyində" uduzmayan tək komanda qaldı
İspaniya La Liqasının 18-ci turunda "Real Madrid"in də uduzmasından sonra ...
Millimizin məşqçisi istefa verdi
Futzal üzrə Azərbaycan milli komandasının baş məşqçisi Ziller Junior Milton Luiz ...
Dörd dəfə dopinq cəzası alan İntiqam məşqçi işləmək istəyir
"Gündə bir oyun çıxarırlar, baş aça bilmirəm. Belə də olmaz". Milli.Az ...
Ramos: "Ən yaxşı şey hələ də lider olmağımızdır"
"Real Madrid"in 40 oyunluq məğlubiyyətsizlik seriyası "Sevilya" ilə ...
"Neftçi" Paraqvay əsilli hücumçunu sınayır
Türkiyənin Antalya şəhərində qış təlimlərini davam etdirən "Neftçi"nin ...
Prosineçkinin Türkiyəyə getməməsinin səbəbi açıqlandı
Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçkinin Premyer Liqada çıxış edən ...