Xəbər Lentini Aç
loading...

Hesablama Palatasının büdcəyə nəzarətlə bağlı yeni səlahiyyətləri təsdiqlənib. 

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu, Azərbaycan prezidenti İlham Əliyevin 11 yanvar 2017-ci il tarixli fərmanı ilə tətbiq olunan "Büdcə sistemi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" 2016-cı il 16 dekabr tarixli qanunda əksini tapıb.
 
Beləliklə, "Büdcə sistemi haqqında" qanuna edilən dəyişikliklərə əsasən artıq növbəti büdcə ili üzrə dövlət büdcəsinin və icmal büdcənin layihəsi və sonrakı 3 il üçün icmal büdcənin göstəriciləri cari ilin sentyabr ayının 15-dək müvafiq icra hakimiyyəti orqanı ilə yanaşı, Hesablama Palatasına da təqdim olunacaq. Sənədə görə, eyni zamanda növbəti büdcə ili üzrə dövlət büdcəsi mətbuatda dərc edildikdən sonra dövlət büdcəsinin gəlirlərinin və xərclərinin (funksional, iqtisadi və inzibati təsnifatların paraqrafları səviyyəsində) təsnifatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən Hesablama Palatasına təqdim ediləcək. Digər düzəlişə görə isə, dövlət büdcəsinin gəlirlərinin icrasını təmin edən orqanlar, habelə onların regional və yerli bölmələri müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılmış formalara uyğun olaraq aylıq, rüblük və ilin əvvəlindən artan yekunla gəlirlərin təsnifatı üzrə hesabatları aidiyyəti üzrə müvafiq icra hakimiyyəti orqanı ilə yanaşı, Hesablama Palatasına da təqdim ediləcək. Bundan başqa, büdcə təşkilatları və dövlət büdcəsindən maliyyə yardımları alan təşkilatlar həmin vəsaitlərdən istifadə barədə müəyyən olunmuş qaydada aylıq, rüblük və ilin əvvəlindən artan yekunla funksional, iqtisadi və inzibati təsnifat üzrə hesabatları müvafiq icra hakimiyyəti orqanı ilə yanaşı Hesablama Palatasına da təqdim ediləcək. Layihəyə görə, dövlət büdcəsinin icrası prosesində dövlət büdcəsinin gəlirlərinin və funksional, iqtisadi və inzibati təsnifat üzrə xərclərinin bölgüsündə dəyişiklik edildiyi təqdirdə, bu barədə məlumatlar müvafiq icra hakimiyyəti orqanı tərəfindən Hesablama Palatasına təqdim ediləcək. Layihədə o da var ki, dövlət büdcəsinin icrası barədə illik hesabat və müvafiq qanun layihəsi növbəti ilin aprel ayının 25-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən hazırlanaraq müvafiq icra hakimiyyəti orqanına və Hesablama Palatasına təqdim ediləcək.

Milli.Az



loading...
Bənzər Xəbərlər
Bütün
Günün qoroskopu: qətiyyətli, sərt və hətta aqressiv olun
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və ...
Professordan nazirliyə sərt ittihamlar – “Siz nə işlə məşğulsunuz?”
...
Uşaqlarla bağlı yeni qanun layihəsi müzakirəyə çıxarıla bilər
Milli Məclisin qarşıdakı yaz sessiyasında "Yuvenal ədliyyə haqqında" qanun ...
Tikinti materialları bazarındakı aşağı aktivlik dəyişə bilər
"Azərbaycanda tikinti materialları bazarında vəziyyət müəyyən qədər sabitdir. ...
Tahir Əkbər: "Həyat yoldaşım yalvardı ki, acından ölməyə razıyam, amma…" - FOTO
"Dərdin alım", "Heç küsməyin yeridirmi", "Əzizim", ...
Tanınmış aktrisa dünyasını dəyişən oğlu haqda: "Hələ də inanmıram" - FOTO
Əməkdar artist, Gənc Tamaşaçılar Teatrının aparıcı aktrisası Nəsibə Eldarova ...
“Oliqarxlardan biri səhifəmizi almaq üçün 300 min dollar təklif etdi”
...
Şura 2016-cı ilin yekunlarını müzakirə edib
Bu gün Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının ...
Azərbaycanın dərman ixrac edəcəyi əsas ÖLKƏLƏR
Azərbaycan-İran birgə əczaçılıq zavodu hər il 100 milyon dollar həcmində dərman ...
Akif Çovdarovun qohumları məhkəmədə ifadə verdilər - YENİLƏNİB
18:59Sabunçu Rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) ...
Bakıda bir qəsəbənin suyu kəsildi - "Məcbur olduq..."
Suraxanı rayon, Bülbülə qəsəbə sakinləri susuz qalıblar.Sakinlərin lent.az-a ...
Mübariz Qurbanlı: "2017-ci ilin "İslam Həmrəyliyi İli" elan edilməsinin çox böyük əhəmiyyəti var"
"Prezident İlham Əliyevin 2017-ci ili "İslam Həmrəyliyi İli" elan ...