Xəbər Lentini Aç
loading...

Bu gün aldığım elektrik bildirişinə əsasən, 94,37 AZN məbləğində işıq pulu ödəməliyəm. Məbləğin çoxluğundan şübhələnib sayğacı yoxladım. Məlum oldu ki, 387 kv əvəzinə 967 kv enerji sərfiyyatı yazılıb.

Bu barədə tanınmış şair, yazar Sayman Aruz sosial şəbəkədə sayğacının və bildirişin şəklini paylaşaraq bundan şoka düşdüyünü yazıb.
"Yəni göstərilən limitdən artıq pul ödətdirmək üçün 580 kv artıq enerjinin istifadəsi göstərilməlidir. Maraqlıdır ki, bildirişdə son göstərici 54924 kv olduğu halda sayğacdakı istifadə 54344 kv-dır. Limitdən artıq olan hissə 11 qəpikdən olduğu üçün 580 kv artıq yazaraq bir növ açıq aşkar əhalini aldadaraq oğurluq edirlər", - deyə, o bildirib.

Elektrik və təbii qazdan istifadəyə görə limit müəyyən ediləndən sonra bu sahədə problemlər də aktuallaşıb.
Abonentin "Azərişıq" ASC-nin Yasamal Rayon Şöbəsi əməkdaşlarından narazılığını və problemini qurumun mətbuat katibi Tanrıverdi Mustafayevə çatdırdıq.

Milli.Az xəbər verir ki, Tanrıverdi Mustafayev publika.az-a abonentin məlumatlarını operativ araşdırdıqdan sonra problemin əməkdaşlarının sayğacın son göstəricisinin oxunmasında səhvə yol verməsindən qaynaqlandığını bildirdi: "Təkrar əməkdaşımız həmin abonentin mənzilinə gedərək sayğacın son göstəricisini dəqiqləşdirib, yeni bildiriş təqdim edərək öz səhvini düzəldib. Bu halla əlaqələr "Azərişıq" ASC sədri də məlumatlandırıldı. Və sədrimiz belə səhvlərə yol vermiş əməkdaşların ciddi cəzalandırılması, hətta işdən azad olunması göstərişini verdi.
Belə problemlərlə qarşılaşan abonentlərimizdən bir daha xahiş edirik ki, "Azərişıq" ASC-nin 199 saylı cağrı mərkəzi, Region və Rayon Enerji Təchizatı və Satışı İdarə və şöbələrinə müraciət etsinlər. Müraciətlər qısa zamanda araşdırılıb, həllini tapacaq".

Milli.Az

ŞƏRH YAZ



loading...
Bənzər Xəbərlər
Bütün
“General 100 min istəyir” dedilər, o isə 2 min “şirinlik“ təklif etdi
...
“Bilin ki, fövqəladə hadisə vaxtı fövqəladə hadisə baş verər” – Həftənin sitatları
...
Deputat: "Bu tədbirlər əhalinin etibarlı sosial müdafiəsinin təmininə yönəlib"
Dünyada kəskin xarakter alan iqtisadi böhran şəraitində Azərbaycanda həyata ...
Məmmədovlar əmlakdan imtina edir– Nazir oğlu ofisini satışa çıxardı
...
20 Yanvar şəhidlərinin əziz xatirəsi Ər-Riyadda da ehtiramla yad olunub - FOTO
Azərbaycanın Səudiyyə Ərəbistanı Krallığındakı səfirliyində 20 Yanvar faciəsinin ...
“Azadlıq” qəzetinin baş redaktor müavini ölkədən gedib
...
Günün qoroskopu: hər şeyə rəğmən, hadisələri tələsdirməyin
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və ...
Təyyarəyə vaxtında çata bilməsəniz nə etməlisiniz? – TÖVSİYƏ
Səyahətə gedənlərin ən böyük qorxularından biri də təyyarəyə vaxtında çata ...
Smayliklər insanın daxili aləmi barədə çox şey danışır
Britaniyanın Ormskirk şəhərindəki Ec-Hill Universitetinin bir qrup tədqiqatçısı belə ...
İnsan dünyasını dəyişən kimi niyə gözünü və çənəsini, əl-ayağını bağlayırlar?
İnsan dünyasını dəyişən kimi niyə gözünü və çənəsini, əl-ayağını ...
Qədər dəyişməyəcəyinə görə dua etməyin faydası varmı?
Allah Təalanın qəza və qədərində dəyişiklik olmayacağına görə duanın faydası ...
Lənkəranda mikroavtobus piyadanı vurdu
Lənkəran rayonunda mikroavtobus piyadanı vurub.Milli.Az "Report"a istinadən ...