Xəbər Lentini Aç
loading...

İki gündür ki, Rusiyanın Şoçi şəhərində start götürən "KVN - 2017" festivalı Azərbaycanda müzakirələrə səbəb olub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, belə ki, festivala Qondarma Dağlıq Qarabağ Respublikasından da komanda dəvət olunub.

Qondarma DQR-nin "С хлебом и солью" (Duzlu-çörəkli) komandasını festivala klubun rəhbəri Aleksandr Maslyakov özü dəvət edib. 

Hətta qrup dəvət məktubunun fotosunu sosial şəbəkədəki səhifələrində paylaşıb. "С хлебом и солью" dəvət üçün rəhbərliyə təşəkkür edib.

Bundan sonra festivalın saytında komanda rəsmi olaraq siyahıya salınıb.

Şən və Hazırcavablar Klubunun bu addımı Azərbaycan mediasında və sosial şəbəkələrdə birmənalı qarşılanmayıb.

"DQR" klubunun rəhbəri Georgi Avetisyan azərbaycanlıların sərt reaksiyasına münasibət bildirib.

O qeyd edib ki, KVN hər zaman siyasətdən kənar olub:

"Bu, bizim komanda üçün sayca 3-cü festivaldır. Ümid edirik ki, uğurlu çıxımız olar, yüksək tura keçə bilərik. Belə hal birinci dəfə deyil. Biz siyasətin içində deyilik. Ümumiyyətlə, KVN həmişə siyasətdən uzaq olub. Bu cür hallara heç bir reaksiya vermirik".

Qafqazinfo mövzu ilə bağlı Mədəniyyət və Turizm Nazirliyi və Xarici İşlər Nazirliyi ilə əlaqə saxlayıb. Onlar məsələyə şərh bildirməyiblər.

Xatırladaq ki, festival yanvarın 23-ə kimi davam edəcək.

Milli.Az

ŞƏRH YAZ



loading...
Bənzər Xəbərlər
Bütün
Braziliyalı gözəl ailəvi istirahətdə - FOTO
Dünyanın ən məşhur modellərindən biri, braziliyalı Alessandra Ambrosio vətənindəki ...
Qalmaqallı TV-şou: yatağa çılpaq girib öpüşəcəklər - FOTO
Bu gün Avstraliyanın SBS telekanalında dünyanın ən qalmaqallı teleşoularından olan ...
Şok kadrlar: döyüşçü qadın ərinin məşuqəsini döydü - VİDEO - FOTO
Köpək! Sən elə bilirsən iyrənc əməlindən kimsə xəbər tutmayacaq! Buraxın məni! ...
Türkiyədə 100 dəvə döyüşdürüldü - FOTO
Türkiyənin İzmir bölgəsindəki Efes Selcuk şəhərinin yaxınlığında ənənəvi ...
Braziliyada daha bir məhbus qiyamı: 32 ölü - FOTO
Braziliyanın Riu Qrandi du Norti ştatındakı "Alcacuz" həbsxanasındakı məhbus ...
Tramp NATO-nu "qoca təşkilat", Merkeli "faciəvi səhv edən" adlandırdı - FOTO
Britaniya Avropa Birliyindən çıxmaqla bağlı "Brexit" qərarını qəbul etdi. ...
Unikal kreslo - FOTO
İtaliyadakı "Republic of Fritz Hansen" şirkəti "minuscule" adlı ...
Viktoriya Bekhem romantik obrazda - FOTO
Viktoriya Bekhem "Vogue Australia" üçün fotosessiyaya çəkilib.Milli.Az bildirir ...
Katolik kilsədə işıq şousu - FOTO
Fransız instalyator Miqel Şevalye növbəti işıq instalyasiyasını Parisdəki Sen-Estaş ...
Aktrisa və müğənninin FOTOları
Aktrisa və müğənni Qvinet Peltrou "Harper's Bazaar" üçün fotosessiyaya ...
Kıvançın öpüş səhnələri müqayisə edildi - FOTO
Aktyor Kıvanç Tatlıtuğ və aktrisa Tuba Büyüküstünün "Cesur ve Güzel" ...
NASA yadplanetlilərin özlərinin, evlərinin və gəmilərinin şəkillərini çəkib
Marsın NASA tərəfindən çəkilmiş şəkillərində ufoloqlar şüurlu həyatın ...