Xəbər Lentini Aç
loading...

Lənkəranda qana ehtiyacı olan xəstələrə yardım məqsədilə "Qan ver, yaşat!" adlı xeyriyyə aksiyası keçiriləcək.

Milli.Az xəbər verir ki, bu təşəbbüs rayonun bir qrup gənci tərəfindən irəli sürülüb və Mərkəzi Qan Bankının Lənkərandakı şöbəsi tərəfindən də dəstəklənib.

Aksiyanın təşəbbüsçülərindən olan Fərman Hüseyni Milli.Az-a bildirib ki, mütəmadi olaraq keçirilməsi planlaşdırılan aksiyalardan birincisi yanvar ayının 20-si, Milli Matəm Günündə keçiriləcək: "Bəzi kütləvi informasiya vasitələrində belə bir xəbər yayılıb ki, bu aksiya guya Mərkəzi Qan Bankının Lənkərandakı şöbəsindəki qan çatışmazlığı yarandığı üçün keçirilir. Əslində isə heç də belə deyil. Sadəcə, bu, gənclərimiz tərəfindən irəli sürülmüş təşəbbüsdür və məqsəd də insanlara, xəstələrə, xüsusən qana təcili ehtiyacı olanlara yardım etməkdir".

Onun sözlərinə görə, aksiya 20 yanvar saat 09:00-dan 17:00-dək Lənkəran şəhər MirMustafaxan küçəsi 9 ünvanında yerləşən İnkişaf Təhsil Mərkəzinin ofisində təşkil olunacaq. ("Qala" şadlıq evi və ARB TV-nin yanı) "Qan ver, yaşat" aksiyasına hər kəs qoşula bilərlər (Əlaqə nömrəsi: 0558966687).

Qan Bankında tədarük olunan qanlar komponentlərə ayrılaraq Mərkəzi Qan Bankının bazasına yerləşdiriləcək, daha sonra irsi qan xəstəliklərindən əziyyət çəkən insanlara, o cümlədən müxtəlif qəzalarda və cərrahiyyə əməliyyatlarında qan itirmiş şəxslərə köçürüləcək.

Xatırladaq ki, qan donoru olmağın insan sağlamlığına müsbət təsirləri çoxdur. Donor olmaqla insan həm öz sağlamlığının qayğısına qalmış, həm də qana ehtiyacı olan xəstələrin həyatını xilas etmiş olur.

Hər bir insan donor kimi hər 2-3 aydan bir qan verə bilər.

İlkin İzzət
Milli.Az

ŞƏRH YAZ

loading...
Bənzər Xəbərlər
Bütün
Erkən doğulmuş körpələr üçün ana südü əvəzolunmazdır
Ana südü körpələrimizin yalnız maddi qidası deyil, həm də onlara bu dünyada bəxş ...
Cavanlıq sirri qulaq arxasında gizlənib
İnsanlar bu gün qocalmaq istəmir, yaş artdıqca hər kəs gənc və təravətli ...
Qadının təzyiqi gələcək uşağın cinsinə təsir edir
Maunt Sinay (ABŞ) hospitalında çalışan alimlər araşdırmalar nəticəsində belə ...
Soyuqdəymənin ilk simptomlarında...
Sizə soğan və sarımsaqla inhalyasiya üsulunu təqdim edirik. Milli.Az saglamolun.az-a ...
Sol böyrü üstə yatanda bədəndə nə baş verir?
Yuxu pozası sağlamlıq üçün çox mühüm əhəmiyyətə malikdir.Milli.Az publika.az-a ...
Hansı daha faydalıdır: Səhər, yoxsa axşam çimmək?
Amerikalı mütəxəssislərin apardıqları araşdırma nəticəsində məlum olub ki, ...
Öskürəyi sağaldan DADLI İÇKİ
Milli.Az saglamolun.az-a istinadən bildirir ki, bu dadlı və faydalı içki öskürəyi ...
Bananı qaynar suyla içsəniz...
Bananda C, B1, B2, PP, E vitaminləri, şəkər, karotin və fermentlər ...
Xərçəngə yoluxmaq istəmirsinizsə, əməl edin - XANIMLARA 11 MƏSLƏHƏT
Süd vəzi xərçəngi bir çox qadında ən çox müşahidə edilən xərçəng növüdür. ...
Dəri sallanmasına qarşı dəniz duzu
Yaş irəlilədikcə tədbir görülməzsə, dəri sallanması problemindən qaçmaq ...
Hamilələr bu meyvənin suyunu içsin: Qrip və QİÇS-dən qoruyur
Sağlamlığa xeyirli olan Hindistan qozunun (kakos) suyu hamilə qadınlar üçün çox ...
Dilqəm Əsgərovun atası iflic oldu - FOTO
Kəlbəcərdə erməni işğalçıları tərəfindən girov götürülən Dilqəm Əsgərovun ...