Xəbər Lentini Aç
loading...

"Vallahi ki, Allah-Təala Adəmi Həvvadan fərqli yaratdığı üçün biz də bu fərqləri anlamalı, dərk etməli və həyatımızı da o fərqlərə görə nizamlamalıyıq. Biizinillah, kişi ilə qadın arasında fərqlər hədsiz dərəcədədir".

Səudiyyə Ərəbistanının tanınmış din xadimlərindən biri, ailə məsləhətçisi və populyar psixoloq kimi tanınan, səudilərin "qadın şeyx" adlandırdıqları doktor Zəhra əl Müabi "Al Arabiya" telekanalında belə deyib.

"Ailə və fərd" proqramının aparıcısının "Müsəlman kişi neçə arvad almalıdır: bir, iki, üç, yoxsa dörd?! Müsəlman kişi bir arvadla yaşasa, pis deyil, məncə... Tamaşaçılar soruşurlar ki, əgər kişini sevən arvadı varsa və o qadın kişini bəxtəvər edə bilərsə, başqa qadınlarla nikaha girmək nəyə gərəkdir?!" sualına Zəhra əl Müabi emosional şəkildə belə cavab verib:

"Vallahi ki, Adəmlə Həvvanı Allah-Təala fərqli yaradıb. Müsəlman kişiyə bir arvad azdır! Çünki Allah Adəmin davamçılarına, yəni kişilərə fərqli ruh, fərqli mənəviyyat, fərqli dünyagörüşü, fərqli anlam və fərqli vücud verib.

Vallahi və billahi ki, Allah-Təala kişini elə yaradıb ki, o, dörd qadınla nikahda yaşaya bilər. Kişinin ürəyi, qəlbi, emosiyaları, vücudu buna imkan verir. Vallahi ki, kişi qadından fərqlidir. Qadının ürəyi yalnız bir kişi üçündür və qadın da həmin kişiyə ömrünün sonunadək sadiq olmalıdır.

Mömin qadın, təqvalı və irzli müslümə ərinə xəyanəti ağlına da gətirməməlidir.  Müslümə, iffətli müsəlman qadın başqa kişi ilə danışmağı, təması, ünsiyyəti, məhrəmanə söhbəti ağlına da gətirməməlidir. Vallahi ki, belədir və belə də olmalıdır", - Zəhra əl Müabi deyib.

Zəhra əl Müabi 2013-cü ilin iyununda da qalmaqallı açıqlama ilə çıxış etmiş: "Ər arvadını əzazilliklə, vəhşicəsinə döyərsə, qadın da onu vura bilər, amma vurmamalıdır - çünki o, müsəlman qadınıdır", - demişdi.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Məşhur ərəb qadın şeyx:

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

ŞƏRH YAZ

loading...
Bənzər Xəbərlər
Bütün
Madriddəki turizm sərgisində erməni təxribatına etiraz - VİDEO
İspaniyada yaşayan həmyerlilərimiz Madriddə keçirilən "Fitur-2017" ...
Açıq libası iştirakçını pis vəziyyətdə qoydu - VİDEO
Fransada yayımlanan "Uğur çarxı" (Wheel of Fortune) verilişində maraqlı anlar ...
Ağdamda iki avtomobil toqquşub, xəsarət alanlar var
...
"Survivor 2017"ın iştirakçısının rəqsVİDEOsu yayıldı
Bu gün Acunun səs-küylü layihəsi "Survivor 2017" başlayır.Milli.Az ...
İstanbuldakı silahlı hücumun VİDEOsu yayıldı
Bu gün səhər saatlarında İstanbulun Esenyurt istiqamətində polis qrupuna silahlı ...
Hər kəs qaçarkən, o, yerindən də tərpənmədi - VİDEO
Türkiyənin Bursa şəhərində bir alış-veriş mərkəzinin restoranlar yerləşən ...
Bill Klinton Trampın qızına tamah saldı - VİDEO - FOTO
ABŞ-ın yeni prezidenti Donald Trampın dünən Vaşinqtonda keçirilmiş inauqurasiya ...
Trampdan maraq doğuran hərəkət: Mişel Obamaya nə dedi? - VİDEO - FOTO
Ağ evin yeni sakinləri Donald Tramp və xanımı Melaniya andiçmə mərasimindən sonra ...
Aygün Kazımova: "Hələ nə qədər bilmədiklərim var" - VİDEO
Xalq artisti Aygün Kazımova bəstəkar Cavanşir Quliyevlə yenidən bir araya ...
"Traktorsazi" də meydana qara sarğı ilə çıxdı - 20 Yanvara görə - VİDEO - FOTO
Dünən Antalyada "Qəbələ" ilə yoldaşlıq görüşü keçirən ...
Narkotiklə saxlanılan ana və qızının görüntüləri yayıldı - VİDEO - FOTO
Balakəndə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan ana və qızı ...
Kıvanç və Tubanın hovuz səhnəsi gecəyə damğa vurdu - VİDEO - FOTO
Star TV-nin yeni serialı "Cesur ve Güzel"in hovuz səhnəsi ötən gecəyə damğa ...