Xəbər Lentini Aç
loading...

"Barselona"nın hücum "trio"su növbəti uğurlu çıxışla yadda qalıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Lionel Messi, Luis Suares Neymar buna İspaniya Kral Kubokunun 1/8 final mərhələsində "Atletik"lə cavab qarşılaşmasında nail olublar.

"Barsa"nın 3:1 hesabı ilə qalib gəldiyi qarşılaşmanın 35-ci dəqiqəsində hesabı açan Suares bu komandanın heyətindəki qollarının sayını 100-ə çatdırıb. Uruqvaylı forvard bunu 120-ci matçında reallaşdırıb.

Dünənki görüşün 48-ci dəqiqəsində ikinci topun müəllifi olan Neymar isə quru seriyaya son qoyub. Penaltidən fərqlənən braziliyalı 11 oyundan sonra "Barsa"nın heyətində fərqlənməyə macal tapıb. O, buna qədər sonuncu dəfə oktyabrın 19-da Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində "Mançester Siti" ilə (4:0) oyunda rəqib qapıçısını məyus etmişdi. Bu mövsüm Neymar La Liqada meydana çıxdığı 14 matçda 4 qol, 8 məhsuldar ötürmə ilə yadda qalıb.
 
78-ci dəqiqədə qarşılaşmada son nöqtəni qoyan Messi isə 2017-ci ildə meydana çıxdığı ardıcıl 3-cü görüşdə də cərimə zərbəsindən toru silkələyib. Bununla da argentinalı cərimə zərbəsindən vurduğu qol sayına görə, kataloniyalıların sabiq üzvü Ronald Kumana çatıb. 26-cı dəfə standart vəziyyətdən fərqlənən Leo daha bir qol vurarsa, "Barselona"nın bu baxımdan rekordçusu olacaq. Kuman da tvitter hesabından argentinalını təbrik edib: "Messini təbrik edirəm. Yeni rekorda 1 qolu qaldı".
 
Qeyd edək ki, "Atletik"lə ilk görüşdə minimal hesabla (1:2) məğlub olan "Barselona" cavab qarşılaşmasında 3:1 hesablı qələbə qazanaraq, adını 1/4 finala yazdırıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

ŞƏRH YAZ

loading...
Bənzər Xəbərlər
Bütün
"Arxayınlığın qurbanı olduq"
"Real Madrid"in 40 oyunluq məğlubiyyətsizlik seriyası "Sevilya" ilə ...
"Çox qol fürsəti yaratsaq da, lazım olan qolu vura bilmirik"
İngiltərə Premyer Liqasının 21-ci turunda səfərdə "Everton"a darmadağın ...
FİG: Gimnastikanın inkişafında Azərbaycan modeli digər ölkələrə nümunə ola bilər
Azərbaycanda gimnastikanın inkişaf modeli digər ölkələrə nümunə ola bilər.Bunu ...
"Neftçi"nin keçmiş futbolçusu: "Azərbaycan millisinə qarşı oynamaq xoş oldu
Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığmasıyla 2:2 hesabıyla bitən ...
Ermənistan mətbuatı Vaqif Cavadovdan yazdı
Ermənistan mətbuatı millimizin sabiq üzvü Vaqif Cavadovdan yazıb.Milli.Az ...
Bakı FIG Qitələrarası hakimlik kursuna hazırlaşır - FOTOREPORTAJ
Bakıda ilk dəfə keçiriləcək bədii gimnastika üzrə FIG Qitələrarası hakimlik ...
Avropanın "Böyük beşliyində" uduzmayan tək komanda qaldı
İspaniya La Liqasının 18-ci turunda "Real Madrid"in də uduzmasından sonra ...
Millimizin məşqçisi istefa verdi
Futzal üzrə Azərbaycan milli komandasının baş məşqçisi Ziller Junior Milton Luiz ...
Dörd dəfə dopinq cəzası alan İntiqam məşqçi işləmək istəyir
"Gündə bir oyun çıxarırlar, baş aça bilmirəm. Belə də olmaz". Milli.Az ...
Ramos: "Ən yaxşı şey hələ də lider olmağımızdır"
"Real Madrid"in 40 oyunluq məğlubiyyətsizlik seriyası "Sevilya" ilə ...
"Neftçi" Paraqvay əsilli hücumçunu sınayır
Türkiyənin Antalya şəhərində qış təlimlərini davam etdirən "Neftçi"nin ...
Prosineçkinin Türkiyəyə getməməsinin səbəbi açıqlandı
Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçkinin Premyer Liqada çıxış edən ...