Metroda şirin yuxuya gedən SƏRXOŞ sərnişin - VİDEO

11:40, 2017-01-12


Bakı metrosunda da sərxoş sərnişinlərə rast gəlmək mümkündür. Belə sərnişinlər nəinki digərlərinin narahatlığına səbəb olur, həmçinin onların təhlükəsizliyini də riskə atır.

Milli.Az xəzərxəbər-ə istinadən xəbər verir ki, sərxoş sərnişin qatarın içərisində oturacağın qabağında döşəmədə oturaraq yuxuya gedib. Bu, bir tərəfdən metrodan istifadə qaydalarının kobud şəkildə pozulmasıdırsa, digər tərəfdən sərnişinlərin narahatlığına səbəb olan hadisədir.

Sərxoş şəxsin polis nəzarətindən keçərək qatara necə daxil olması sual doğurur.

Məsələ ilə bağlı Bakı Metropoliteninin Mətbuat xidmətindən bildirildi ki, sərxoş şəxslərin metropoliten ərazisində buraxılması qadağandır. Təhlükəsizliyə polis əməkdaşları cavabdeh olduğuna görə bu məsələ onların məsuliyyətindədir. Bakı Metropoliteninin mühafizəsi üzrə polis şöbəsi ilə əlaqə saxlasaq da, qurumdan bununla bağlı məlumat vermədilər.

Hüquqşünas Xəyal Bəşirovun sözlərinə görə, metroda baş verən bu hadisə nəticəsində digər vətəndaşlara hansısa ciddi zərər dəyməyibsə, bu, yalnız inzibati məsuliyyətə səbəb olur.

Yəqin ki, bundan sonra aidiyyəti qurumlar sərxoş şəxslərin metroya daxil olmasına daha ciddi nəzarət edəcəklər. Çünki sərxoş şəxslərin metroya daxil olandan sonra orada kiməsə zərər vurmaq, eləcə də platformada dayanan şəxslərin həyatına təhlükə yaratmaq ehtimalı çox böyükdür. Adi bir nəzarətsizlik hansısa sərnişinin həyatı bahasına başa gələ bilər.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Metroda şirin yuxuya gedən SƏRXOŞ sərnişin

ŞƏRH YAZ



Загрузка...

Son xəbərlər



Copyright © 2015-2017 xebervar.com - Bütün hüquqlar Azərbaycan Respublikası qanunvericiliyinə əsasən qorunur.

Saytda yer alan informasiyadan istifadə etdikdə istinad mütləqdir.

Xəbər Uçurduruq

Sayt haqqında | Əlaqə