Загрузка...


 

Millimiz Avropa çempionatı üçün Rumıniyaya yollandı

13:58, 2017-01-11


Sabah 18 yaşadək voleybolçular arasında Avropa çempionatının II seçmə mərhələsinə start veriləcək.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Azərbaycan millisinin yer aldığı E qrupunun matçları Rumıniyada keçiriləcək.

Vüqar Əliyevin başçılıq etdiyi komanda yanvarın 12-15-də Ploisti şəhərində Rusiya, Rumıniya və Portuqaliya ilə oynayacaq. Komandamızın finala yüksəlməsi heç də asan olmayacaq. Çünki şimal qonşularımız qrupun favoritləri hesab olunduğu halda, ev sahibləri ikinci yerə iddia edəcəklər. Lakin U-18-də yer alan voleybolçularımızın Super Liqada "Lokomotiv" adı altında oynadığını nəzərə alsaq, sensasiya gözləməyə dəyər.
 
Artıq Rumıniyaya yollanan komandamız bunun üçün ilk turda Rusiyaya gücünü göstərməlidir. Əgər onlar bunu bacarsalar, ardınca Portuqaliya və Rumıniyanı da məğlub edə bilərlər.
 
12 yanvar
22:00. Rusiya - Rumıniya
 
13 yanvar
17:00. Azərbaycan - Rusiya
19:30. Rumıniya - Portuqaliya
 
14 yanvar     
17:00. Portuqaliya - Azərbaycan
 
15 yanvar     
17:00. Portuqaliya - Rusiya
19:30. Rumıniya - Azərbaycan
 
Qeyd edək ki, II seçmə mərhələdə 32 ölkə hərəsində 4 yığma olmaqla 8 qrupda mübarizə aparacaq. İlk pillənin və 3 ən yaxşı ikinci yerlərin sahibləri final mərhələsinə yüksələcək. Burada onları apreldə həlledici oyunlara ev sahibliyi edəcək Hollandiya gözləyir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

ŞƏRH YAZ



Загрузка...

Son xəbərlər



Copyright © 2015-2017 xebervar.com - Bütün hüquqlar Azərbaycan Respublikası qanunvericiliyinə əsasən qorunur.

Saytda yer alan informasiyadan istifadə etdikdə istinad mütləqdir.

Xəbər Uçurduruq

Sayt haqqında | Əlaqə

porno izle porno porno