Millimiz Qazaxıstanla "sülh bağladı" - YENİLƏNİB

16:27, 2017-01-11


16:29

FİFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş 29-cu beynəlxalq turnirin oyunları davam edir. 

Goal.az xəbər verir ki, U-19  millimiz bu gün ikinci oyununa çıxıb. Komandamız Qazaxıstan millisi ilə üz-üzə gəlib. Qarşılaşma 2:2 hesablı heçə ilə başa çatıb. Bununla da millimiz qrupda ilk xalını əldə edib. Qrupun digər oyununda Slovakiya ilə Litva milliləri qarşılaşacaq.

Qeyd edək ki, yığmamız ilk oyunda Litvaya (1:2) bu hesabı ilə məğlub olub.

11 yanvar

13:00. Azərbaycan - Qazaxıstan - 2:2

Qollar: Kaşken Dinmuxammed, 18, Seidaxmet Yerkebulan, 53 - Rafael Məhərrəmli, 45, Fərid Nəbiyev, 82

---------

10:02

Bu gün FİFA-nın birinci vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunan XXIX beynəlxalq turnirdə II tura yekun vurulacaq.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, yarışda iştirak edən 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi 2-ci sınağına çıxacaq.

Komandamızın Rusiyanın Sankt-Peterburq şəhərində təşkil olunan ənənəvi beynəlxalq yarışdakı rəqibi Qazaxıstan olacaq. İlk turda "basketbol ölkəsi" olan Litvaya 1:2 hesabı ilə uduzan Təbriz Həsənovun yetirmələri ilk xalı qazanmaq üçün mübarizə aparacaqlar.
 
Yığmamız 1-8-ci yerlər uğrunda mübarizə aparmaq üçün mütləq xal əldə etməlidir. Məğlub olacağı halda isə millimizin qrupda ilk 2 yerə şansı qalmayacaq. Bu üzdən milliləşən legionerlərlə zəngin olan komandamız üçün bu qarşılaşma son şans kimi dəyərləndirilir.
 
Qeyd edək ki, Peterburq İdman Konsert Kompleksindəki matç Bakı vaxtı ilə saat 13:00-da başlayacaq.
 
FİFA-nın birinci vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunan XXIX beynəlxalq turnir
II tur
11 yanvar
C qrupu
13:00. Qazaxıstan - Azərbaycan

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

ŞƏRH YAZ



Son xəbərlər



Copyright © 2015-2017 xebervar.com - Bütün hüquqlar Azərbaycan Respublikası qanunvericiliyinə əsasən qorunur.

Saytda yer alan informasiyadan istifadə etdikdə istinad mütləqdir.

Xəbər Uçurduruq

Sayt haqqında | Əlaqə