Xəbər Lentini Aç
loading...

Neftin qiymətinin stabilləşməsi MDB üzvü olan 9 ölkəyə birbaşa və dolayı iqtisadi və maliyyə təzyiqi azaldıb.

Ölkə.Az "APA-Economics" xəbər verir ki, bu barədə "Moody's Investors Service" beynəlxalq reytinq agentliyinin yaydığı məlumatda deyilir.

Buna baxmayaraq, agentliyin 2017-ci il üzrə region ölkələri ilə bağlı proqnozu neqativdir. Buna səbəb MDB ölkələrinin xarici valyutada ifadə olunan irihəcmli borclarının olmasıdır.

Ötən il "Moody's" agentliyinin MDB regionunun 5 ölkəsinin reytinqi ilə bağlı proqnozu neqativ olub. Buna da səbəb neftin qiymətlərinin enməsidir. "Neftin ucuzlaşması həmin ölkələrin daxilolmalarına ciddi təsir edib. Bu isə həmin ölkələrin iqtisadiyyatına zəncirvari qaydada neqativ effekt göstərib. Nəticədə MDB ölkələri pul-kredit və vergi-büdcə siyasətini dəyişməli oldu. Buna baxmayaraq, cari il üzrə makroiqtisadi proqnoz aşağı səviyyədədir, kredit riskləri isə hələ də dominantlıq edir", - deyə agentliyin böyük vitse-prezidenti Kristin Lindou bildirib.

K. Lindou əlavə edib ki, orta hesabla region ölkələrinin ÜDM-i 2017-ci ildə 2%, 2018-ci ildə isə 3% artacaq. "Cari ildə neftin bahalaşması neft ixracatı ilə məşğul olan region ölkələrinin daxilolmalarını artıracaq ki, bu da onlara bir sıra manevr imkanları verəcək", - deyə o bildirib.

Vitse-prezident qeyd edib ki, geosiyasi münaqişələr cari ildə də MDB ölkələrinin iqtisadiyyatına neqativ təsir edəcək. Buna misal olaraq K. Lindou Qərb ölkələrinin Ukrayna münaqişəsi ilə əlaqədar Rusiyaya qarşı tətbiq olunan sanksiyaların tətbiqini, o cümlədən Azərbaycanla Ermənistan arasında arabir vəziyyətin gərginləşməsini göstərir. "Bizim reytinqlərimizi alan MDB-nin 9 ölkəsindən yalnız Belarus və Qazaxıstan hərbi münaqişələrə cəlb olunmayıb", - deyə o bildirib.

Ölkə.Az



loading...
Bənzər Xəbərlər
Bütün
Nazir müavinindən sahibkarlara çağırış
Azərbaycan prezidenti İlham Əliyev tərəfindən imzalanmış və 2017-ci ilin yanvar ayının ...
Smartfonlar üçün yanğınsöndürən hazırlandı
ABŞ-ın Stenford Universitetinin alimləri smartfonlar üçün kiçik yanğınsöndürmə ...
70 minə qədər ödəyicinin faiz borcu silindi
Azərbaycan Vergilər Nazirliyi 2017-ci il yanvarın 1-i tarixinə faiz və maliyyə sanksiyaları ...
Dünya İqtisadi Forumunun Davos zirvəsi başlayır
Dünya İqtisadi Forumunun Davos zirvəsi başlayır. Ölkə.Az xəbər verir ki, Davos görüşü ...
Bakıda avtomobil hərracı — Qiymətlər 1000 manatdan başlayır
Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) fevralın 14-də növbəti avtomobil hərracı ...
Dollar 1.80-i keçdi — TƏCİLİ
16 yanvar 2017-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə hərrac ...
Dollar hərracda bahalaşdı
16 yanvar 2017-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə hərrac ...
Bu gün TANAP-la bağlı kredit sazişi imzalanacaq — Bakıda
Bu gün Dünya Bankının (DB) Cənubi Qafqaz regionu üzrə direktoru Mersi Tembonun (Mercy Tembon) ...
Yeni əczaçılıq zavodunun təməli qoyuldu
Bu gün Bakıda Pirallahı Sənaye Parkında yeni "Caspian Pharmed" əczaçılıq zavodunun ...
Azərbaycanda “elektron pulqabı” istifadəyə verildi
“Wallet One” beynəlxalq ödəniş sistemi Azərbaycanda “elektron pulqabı”nı istifadəyə ...
Ağıllı ev nədir?
Evdə təhlükəsizlik, komfort və qənaət hər kəsin ən vacib tələbatıdır. Elə bu ...
Robotlara "şəxs" status veriləcək
"The İndependent" yazır ki, Avropa Parlamentinin (AP) üzvləri robotlara hüquqi ...