Xəbər Lentini Aç
loading...

18:01

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Nardaran hadisələrinə görə həbs edilən "Müsəlman birliyi" adlanan təşkilatın sədri Taleh Bağırov, Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Fuad Qəhrəmanlı və digər 16 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Trend-in məlumatına görə, hakim Əlövsət Abbasovun sədrlik etdiyi prosesdə çıxış edən vəkillər təqsirləndirilən şəxslərə bəraət istəyib.

Vəkillərin müdafiə çıxışından sonra prosesdə fasilə elan edilib.

Fasilədən sonra təqsirləndirilən şəxslər son söz deyib. Aqil İsmayılov hadisədə günahsız olduğunu bildirib. Abbas Hüseynov isə özünə ömürlük cəza istəyib: "Təqsirləndirilən şəxslərdən ən çox mən ittiham olunuram. Ona görə də mənə ən ağır cəza verilsin".

----------

13:24

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Nardaran hadisələrinə görə həbs edilən "Müsəlman birliyi" adlanan təşkilatın sədri Taleh Bağırov, Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Fuad Qəhrəmanlı və digər 16 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hakim Əlövsət Abbasovun sədrlik etdiyi prosesdə çıxış edən vəkillər təqsirləndirilən şəxslərə bəraət istəyiblər.

Vəkillərin müdafiə çıxışından sonra prosesdə fasilə elan edilib.

Qeyd edək ki, ötən prosesdə çıxış edən prokuror T.Bağırovun ömürlük, Fuad Qəhrəmanlının 11 il, Abbas Hüseynovun 20 il, Cabbar Cabbarovun 19 il, Rasim Cəbrayılovun 17 il, Ramin Yarıyevin 10 il, Zakir Mustafayev, Cahad Babakişizadə, Şamil Abduləliyev, Aqil İsmayılov, Abbas Quliyev, İbrahim Xudaverdiyev, Etibar İsmayılov, Bəhruz Əskərov, Əli Nuriyev, Əlibala Vəliyev, Fərhad Balayev və Abbas Tağızadənin hər birinin 15 il müddətinə azadlıqdan məhrum edilmələrini istəyib.

Qeyd edək ki, T.Bağırov və təşkilatın digər üzvləri - Rasim Cəbrayılov, Zakir Mustafayev, Cabbar Cabbarov, Cahad Babakişizadə, Şamil Abduləliyev, Aqil İsmayılov, Ramin Yariyev, Abbas Quliyev, İbrahim Xudaverdiyev, Etibar İsmayılov, Bəhruz Əskərov, Əli Nuriyev, Əlibala Vəliyev, Fərhad Balayev, Abbas Tağızadə və Abbas Hüseynov Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsinin 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.12, 29,120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsinin 29, 120. 2.1, 29,120.2.3, 29, 120.2.4, 29,120.2.7, 29, 120. 2. 12, 228.3-cü (qanunsuz olaraq odlu silah əldə etmə), 228.4-cü (qanunsuz olaraq silah gəzdirmə) və digər maddələri ilə ittiham olunurlar. Bu şəxslər 2015-ci il noyabrın 26-da hüquq-mühafizə orqanları əməkdaşlarının Bakının Nardaran qəsəbəsində keçirdikləri xüsusi əməliyyat zamanı saxlanılıblar.

F.Qəhrəmanlı isə 2015-ci il dekabrın 8-də həbs edilib. O, Cinayət Məcəlləsinin 281 (dövlət əleyhinə açıq çağırışlar), 283-cü (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) və 220.2-ci (hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə) maddələri ilə ittiham olunur.

Milli.Az



loading...
Bənzər Xəbərlər
Bütün
“General 100 min istəyir” dedilər, o isə 2 min “şirinlik“ təklif etdi
...
“Bilin ki, fövqəladə hadisə vaxtı fövqəladə hadisə baş verər” – Həftənin sitatları
...
Deputat: "Bu tədbirlər əhalinin etibarlı sosial müdafiəsinin təmininə yönəlib"
Dünyada kəskin xarakter alan iqtisadi böhran şəraitində Azərbaycanda həyata ...
Məmmədovlar əmlakdan imtina edir– Nazir oğlu ofisini satışa çıxardı
...
20 Yanvar şəhidlərinin əziz xatirəsi Ər-Riyadda da ehtiramla yad olunub - FOTO
Azərbaycanın Səudiyyə Ərəbistanı Krallığındakı səfirliyində 20 Yanvar faciəsinin ...
“Azadlıq” qəzetinin baş redaktor müavini ölkədən gedib
...
Günün qoroskopu: hər şeyə rəğmən, hadisələri tələsdirməyin
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və ...
Təyyarəyə vaxtında çata bilməsəniz nə etməlisiniz? – TÖVSİYƏ
Səyahətə gedənlərin ən böyük qorxularından biri də təyyarəyə vaxtında çata ...
Smayliklər insanın daxili aləmi barədə çox şey danışır
Britaniyanın Ormskirk şəhərindəki Ec-Hill Universitetinin bir qrup tədqiqatçısı belə ...
İnsan dünyasını dəyişən kimi niyə gözünü və çənəsini, əl-ayağını bağlayırlar?
İnsan dünyasını dəyişən kimi niyə gözünü və çənəsini, əl-ayağını ...
Qədər dəyişməyəcəyinə görə dua etməyin faydası varmı?
Allah Təalanın qəza və qədərində dəyişiklik olmayacağına görə duanın faydası ...
Lənkəranda mikroavtobus piyadanı vurdu
Lənkəran rayonunda mikroavtobus piyadanı vurub.Milli.Az "Report"a istinadən ...