"Neftçi"dən ayrılan braziliyalı futbolçunun yeni komandası müəyyənləşdi

19:56, 2017-01-11


Qış fasiləsində Bakının "Neftçi" klubu ilə yollarını ayıran futbolçu Jonas Pessallinin yeni komandası müəyyənləşib.

Milli.Az report-a istinadən xəbər verir ki, braziliyalı yarımmüdafiəçi vətənində B divizionunda çıxış edən "Parana" klubunun formasını geyinəcək.

27 yaşlı oyunçu ilə bağlanan müqavilənin müddəti açıqlanmır. Son mövsümdə "Parana" çempionatı 41 xalla 15-ci pillədə başa vurub.
Qeyd edək ki, karyerası ərzində Brazliyanın "Qremio Barueri", Fransanın "Anje" və "Luson" klublarında çıxış edən Jonas Pessalli "Neftçi"yə 2016-cı ilin oktyabrında keçib. Lakin qış fasiləsində futbolçu kluba müraciət edərək komandadan ayrılmaq istədiyini deyib və qarşılıqlı razılaşma əsasında müqaviləyə xitam verilib.

Milli.Az

ŞƏRH YAZ



Загрузка...

Son xəbərlər



Copyright © 2015-2017 xebervar.com - Bütün hüquqlar Azərbaycan Respublikası qanunvericiliyinə əsasən qorunur.

Saytda yer alan informasiyadan istifadə etdikdə istinad mütləqdir.

Xəbər Uçurduruq

Sayt haqqında | Əlaqə