Polis İdarəsində ÖLÜM - Gəncədə

15:28, 2017-01-11


Gəncə Şəhər Baş Polis İdarəsinin işçisi iş otağında vəfat edib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün qeydə alınıb. Gəncə Şəhər Baş Polis İdarəsində həkim işləyən 1963-cü il təvəllüdlü Mehdi Musayev iş otağında dünyasını dəyişib. Onun meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Gəncə şəhər Şöbəsinə aparılıb.

Meyit üzərində hər hansı xəsarət aşkarlanmayıb.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır.

Milli.Az

ŞƏRH YAZ



Загрузка...

Son xəbərlər



Copyright © 2015-2017 xebervar.com - Bütün hüquqlar Azərbaycan Respublikası qanunvericiliyinə əsasən qorunur.

Saytda yer alan informasiyadan istifadə etdikdə istinad mütləqdir.

Xəbər Uçurduruq

Sayt haqqında | Əlaqə