Xəbər Lentini Aç
loading...

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda narkotik maddə satmaqda təqsirləndirilən Cəlilabad rayon sakini Toğrul Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Milli.Az report-a istinadən xəbər verir ki, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.
Daha sonra ifadə verən təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilmədiyini deyib.
O, ümumiyyətlə narkotik maddə alverçisi olmadığını söyləyib. T.Əsgərovun sözlərinə görə, o, polislər tərəfindən şərlənərək həbs edilib. O, basketbolçu olduğunu bildirib: "Ölkənin bir neçə basketbol klubunda təmsil olunmuşam. "Qala" basketbol klubunun üzvü olmuşam. Həbs olunan günü öz evimizdə təmir işləri gedirdi".
Məhkəmənin növbəti prosesi yanvarın 18-nə təyin edilib.
İttiham aktına əsasən, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cəlilabad şəhər sakini T.Əsgərovun Nəsimi rayonu ərazisində kirayədə yaşadığı evinə baxış zamanı oradan 3 kiloqram 500 qram tiryək aşkar edilərək götürülüb.
T.Əsgərov Cinayət Məcəlləsinin 234.4.3-cü (satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma, külli miqdarda törədildikdə) maddəsilə ittiham olunur.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

ŞƏRH YAZ

loading...
Bənzər Xəbərlər
Bütün
"Qırmızı Xaç" da əsgərimizin meyidini ermənilərdən ala bilmir
"Ermənistan-Azərbaycan sərhədində baş vermiş döyüşdə həlak olan əsgər ...
Azərbaycandan kənarda terrorçuluq fəaliyyətinə qatılan 58 nəfər vətəndaşlıqdan çıxarılıb - FOTO
"Son beş il ərzində 68.270 nəfərin Azərbaycan Respublikasının ...
Bakıda bir universitetin 5 dekanı işdən çıxarıldı
Azərbaycan Dillər Universitetinin (ADU) 5 dekanı vəzifəsindən azad olunub.Milli.Az ...
Yol polisindən piyadalara qarşı sərt addım - Əmlaka həbs qoyulacaq
DİN Baş Dövlət Yol Polisi İdarəsi cərimələri vaxtında ödəməyən piyadalarla ...
Qəbələdə 36 yaşlı qadın intihar edib
Qəbələ sakini intihar edib.Milli.Az xəbər verir ki, bu barədə report-a Qəbələ Rayon ...
Bakıda 15 milyon dollarlıq layihə planlaşdırılır
Azərbaycan və İran birgə aqrotexnika və avtobus istehsalı zavodunun tikintisini ...
Uşaqlarınıza verə biləcəyiniz GÖZƏL adlar
Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı ...
Polis mayoru vətəndaşı söydü? - VİDEO
Sosial şəbəkələrdə Şirvan şəhərində Dövlət Yol Polisi mayorunun vətəndaşı ...
"Müəllim səbr edə bilməyib, şagirdi döyüb" - Direktor
Astara rayonunun Şiyəkəran kəndində Nizami Gəncəvi adına 1 saylı orta məktəbdə ...
Akif Çovdarovun kürəkəni məhkəmədə ifadə verdi
Bu gün Sabunçu Rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin ...
Lənkəranskinin 5 metrlik abidəsi Bakıya gətirildi
...
Qırğızıstanın Bakıdakı səfirliyində başsağlığı kitabı açılacaq
Qırğızıstanın Bakıdakı səfirliyində Bişkekdə "Boeing 747-400" ...