Xəbər Lentini Aç
loading...

Milli.Az "Qəbələ" klubunun yarımmüdafiəçisi Rəşad Sadiqovun apasport.az-a müsahibəsini təqdim edir:

- Mövsümün geridə qalan hissəsinə qısa nəzər yetirsək, komandanızın çıxışını necə qiymətləndirərsiniz?

- Nəticələrimiz pis deyil. Ölkə kubokunda yarımfinala yüksəlmişik, çempionatda liderdən cəmi 1 xal az toplamışıq və ikinci pillədəyik, Avropa Liqasının qrup mərhələsində çıxış etmişik. Sadaladıqlarım yaxşı çıxış etdiyimizin göstəricisidi.
 
- Bundan yaxşı nəticə qazanmaq olardı?

- Əlbəttə, mümkündü.
 
- Bəs komanda harada axsadı və ya nə mane oldu?

- Axsadığımızı heç kim deyə bilməz. Axsasaydıq, kubokda yarımfinala yüksəlməzdik, çempionatda lideri təqib etməzdik. Komanda düzgün yoldadı. Sadəcə, qarşıdakı oyunlarda əlimizdən gələni etməliyik ki, maksimum nəticə qazanaq.
 
- Deməli, komanda 2016-cı ildə üzərinə düşən vəzifəni yerinə yetirdi?

- Deməzdim, vəzifəmizin öhdəsindən tam şəkildə gəldik, amma çalışdıq. İndi çempion olmaq üçün gücümüzü səfərbər etməliyik. Artıq bütün diqqətimizi buna yönəltmişik.
 
- Bu yolda əsas rəqibiniz "Qarabağ" olsa da, digər komandalar da güclənməyə başlayıblar. Transfer çalışmalarını izləyirsinizmi?

- İzləyirəm, amma digər komandalarla xal fərqimiz çoxdu. "Qəbələ" və "Qarabağ"a "İnter" qoşula bilər.
 
- Hansı komandanın transferləri düşünmək üçün əsas ola bilər?

- Hələlik səs-küylü transferlər yoxdu. Hər şeyi oyunlar göstərəcək. Kimisə adına görə heyətə qatmaq yaxşı oynayacaq demək deyil. Komandasına faydalı transferin işi oyunlar zamanı üzə çıxacaq. Qış fasiləsindən sonrakı oyunlar kimin daha yaxşı "bazarlıq" etdiyini üzə çıxaracaq.
 
- Araz Abdullayevin "Qəbələ"yə keçməsi əksəriyyət üçün sürpriz oldu. Bu transfer komandanıza nə qazandıra bilər?

- Məncə, Araz "Qəbələ"yə gəlməklə, karyerası üçün ən doğru seçim etdi. Oyununu yaxşılaşdıracaq, nəticədə komandaya da faydalı olacaq. O, hazırda ən istedadlı futbolçularımızdan biridi. Karyerasının uğurlu alınacağına inanıram. Çünki Roman Qriqorçukun yanında oynamaq hər bir futbolçumuz üçün daha rahatdı.
 
- Amma Araz son iki mövsümdə heç nə ilə yadda qalmadı, əksinə karyerası enən xətt üzrə hərəkət edir...

- Bunun başlıca səbəbi "Neftçi"də sabitliyin olmamasıdı. Araz bizim vaxtımızda fərqli oyun nümayiş etdirirdi. Amma komandada sabitlik olmadığına görə, onun oyununda da eniş yaşandı. Bu, tək Arazda yox, "Neftçi"nin bütün futbolçularında hiss olunurdu. O, Qriqorçukun yanında özünü doğruldacaq.
 
- "Qəbələ"nin bəzi legionerləri də avrokuboklardakı oyunlarını çempionatda göstərə bilmir. Teo Uiks kimi əcnəbilərin zəif təsir bağışlaması oyunların sayının çox olması, yoxsa başqa amillərlə bağlıdı?

- Oyun sayının çox olmasından irəli gəlir. 2-3 gündən bir oynamaq yorur, zədələr olur. Mən də zədə üzündən bir neçə turu buraxmalı oldum. Oyunlar çox olduqca, zədələrdən də qaçmaq mümkün olmur.
 
- Mövsümün sonunda müqaviləniz başa çatacaq. İndidən karyeranızla bağlı qərar verməyi düşünürsüzmü?

- Hələ "Qəbələ"də heç bir futbolçuya yeni müqavilə təklif olunmayıb. Bu mövsümün sonunda olur. Təklif olsa, məmnuniyyətlə qalmağı düşünərəm. Çünki tez-tez klub dəyişməyi sevmirəm. "Qəbələ"dən yeni təklif almasam, başqa variantları düşünməli olacam. Yəni, karyeramı hələ davam etdirməyi planlaşdırıram.  

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az

ŞƏRH YAZ

loading...
Bənzər Xəbərlər
Bütün
İtaliya millisinin keçmiş üzvünü küsdürdülər
İtaliya millisinin eks-futbolçusu Antonio Kassano karyerasını başa vurmaq fikrindədir. ...
"Tənqid məni motivasiya edir"
"Atletico Madrid"in baş məşqçisi Diyeqo Simeone "Athletic"lə oyundan ...
Azərbaycanlı hakimlərə həvalə olunan bugünkü oyunlar
Azərbaycanlı hakimlərin Antalya toplanışı davam edir. Milli.Az goal.az-a istinadən ...
Klüyvert "Lion" prezidentini "yalançı çıxardı"
"Manchester United"in eks-futbolçusu Memfis Depayın adı PSG, ...
"Beşiktaş" üçün pis xəbər
"Beşiktaş" mövsümün sonuna qədər icarəyə götürdüyü Vinsent Abubakarın ...
Marioya Çindən təklif
Bir müddət öncə Aksel Vitselin transferini reallaşdıran "Tianjin Quanjan" ...
"Cüneyt Çakıra artıq Türkiyədə heç bir komandanın oyunçusu və rəhbərliyi güvənmir"
Türkiyə Superliqasının 18-ci turunda "Karabükspor"a 1:2 hesabıyla uduzan ...
Məşhur klub prezidenti dünyasını dəyişdi
Türkiyənin "Gənclərbirliyi" klubunun prezidenti İlhan Cavcav dünyasını ...
Rikardinyo: "Ona görə futbolçu olmağı qərara aldım"
Antalyada təlim məşq toplanışında olan "Qəbələ"nin futbolçusu Rikardinyo ...
Azərbaycanın FİFA referisi: "İspaniyada görüşə bilsək, yenə söhbətləşəcəyik"
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında  olan hakimlər arasında ...
"Runi "Yunayted"in tarix kitablarında yer tutmağa layiqdir"
"Manchester United"in əfsanəvi məşqçisi Ser Aleks Fergüson klubun rəsmi ...
"Məvacibim deyilən qədər yüksək deyil"
Karlos Tevez yanvarın 19-da "Shanghai Shenhua"nın düşərgəsinə gəldi. ...