Ronaldu Messidən küsdü, mesaj verdi: "Bundan sonra..."

15:22, 2017-01-11


"Real Madrid"in ulduz futbolçusu Kriştanu Ronaldu "Barselona" futbolçularının FİFA-nın "The Best" mükafatının təqdimat mərasiminə gəlməməsindən narazılıq edib. Milli.Az goal.az-a istinadən xəbər verir ki, portuqaliyalı futbolçu bunları deyib:

"Messidən təbrik mesajı almamışam. Onun nömrəsi məndə yoxdur. O, "Qızıl top"u qazananda həmişə təbrik etmişəm. Amma Sürixdəki mərasimdə Messi yox idi. Məni heç təbrik də etmədi. İstərdim ki, mərasimdə təkcə Messi yox, "Barselona"nın digər futbolçuları da iştirak edərdi. Başa düşürəm, İspaniya Kubokunda çətin oyunları vardı. Futbolçu həmişə klubun istədiyini edir. Mən də həmçinin. Bütün "Qızıl top"un təqdimetmə mərasimlərində olmuşam. Hər dəfə namizədlər sırasına daxil edilsəm, yenə də gələcəm".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

ŞƏRH YAZ



Son xəbərlər



Copyright © 2015-2017 xebervar.com - Bütün hüquqlar Azərbaycan Respublikası qanunvericiliyinə əsasən qorunur.

Saytda yer alan informasiyadan istifadə etdikdə istinad mütləqdir.

Xəbər Uçurduruq

Sayt haqqında | Əlaqə