Xəbər Lentini Aç
loading...

Şamaxının Mədrəsə və ikinci Cabanı kəndlərində sürüşmə sahələri aktivləşib.

Milli.Az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov APA-ya deyib ki, bir müddət əvvəl rayonun ikinci Cabanı kəndində böyük çökmə prosesi baş verib.

Onun sözlərinə görə, çökmə nəticəsində əsas kənd arası yol bağlanıb: "Biz həmin vaxt ərazidə monitorinq aparanda bildirdik ki, yarğan boyu yerləşən evlərə təhlükə gözlənilir. Çünki evlərdə çatlar yaranmışdı. Hazırda sürüşmə prosesi sönməyib. Havanın da belə qeyri-stabil keçməsi ilə əlaqədar torpaq rütubətlidir, tam doyub və ilişmə qüvvəsini itirib. Həm də kənd sürüşməyə meylli, təxminən 40-45 dərəcə mailliyi olan yamacda yerləşir".
 
Ə. Qaralov qeyd edib ki, rayonun Mədrəsə kəndində isə bir müddət əvvəl baş vermiş sürüşmə nəticəsində 20 hektar ərazidə vətəndaşlara verilmiş pay torpaqları yararsız vəziyyətə düşüb: "Ərazidə çökmə-sürüşmə baş vermiş və yarğanlar əmələ gəlmişdi. Hətta kəndə bitişik bir neçə fərdi yaşayış evini köçürmüşdülər. 20-yə yaxın fərdi yaşayış evində isə çatlar əmələ gəlmişdi. Hazırda Mədrəsə kəndində sürüşmə öz əhatə dairəsini genişləndirib. Sürüşmə sahəsi təxminən 40 hektara yaxın ərazini əhatə edir. Sürüşmə prosesi aktiv fazadadır. Kənddə textonik çatlar boyu çoxsaylı səth suları çıxıb. Həmin sular da axaraq yarğanlar əmələ gətirib, sürüşmə prosesini artıb. Pay torpaqları isə əkin-biçin üçün yararsız vəziyyətə düşüb".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

ŞƏRH YAZ

loading...
Bənzər Xəbərlər
Bütün
“General 100 min istəyir” dedilər, o isə 2 min “şirinlik“ təklif etdi
...
“Bilin ki, fövqəladə hadisə vaxtı fövqəladə hadisə baş verər” – Həftənin sitatları
...
Deputat: "Bu tədbirlər əhalinin etibarlı sosial müdafiəsinin təmininə yönəlib"
Dünyada kəskin xarakter alan iqtisadi böhran şəraitində Azərbaycanda həyata ...
Məmmədovlar əmlakdan imtina edir– Nazir oğlu ofisini satışa çıxardı
...
20 Yanvar şəhidlərinin əziz xatirəsi Ər-Riyadda da ehtiramla yad olunub - FOTO
Azərbaycanın Səudiyyə Ərəbistanı Krallığındakı səfirliyində 20 Yanvar faciəsinin ...
“Azadlıq” qəzetinin baş redaktor müavini ölkədən gedib
...
Günün qoroskopu: hər şeyə rəğmən, hadisələri tələsdirməyin
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və ...
Təyyarəyə vaxtında çata bilməsəniz nə etməlisiniz? – TÖVSİYƏ
Səyahətə gedənlərin ən böyük qorxularından biri də təyyarəyə vaxtında çata ...
Smayliklər insanın daxili aləmi barədə çox şey danışır
Britaniyanın Ormskirk şəhərindəki Ec-Hill Universitetinin bir qrup tədqiqatçısı belə ...
İnsan dünyasını dəyişən kimi niyə gözünü və çənəsini, əl-ayağını bağlayırlar?
İnsan dünyasını dəyişən kimi niyə gözünü və çənəsini, əl-ayağını ...
Qədər dəyişməyəcəyinə görə dua etməyin faydası varmı?
Allah Təalanın qəza və qədərində dəyişiklik olmayacağına görə duanın faydası ...
Lənkəranda mikroavtobus piyadanı vurdu
Lənkəran rayonunda mikroavtobus piyadanı vurub.Milli.Az "Report"a istinadən ...