Xəbər Lentini Aç
loading...

11:54

Bakı Slavyan Universiteti Milli Qəhrəman Məhəmməd Həsənovun universitetə buraxılmaması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Milli.Az xəbər verir ki, rektor Nurlana Əliyevanın köməkçisi Murad Abidov qafqazinfo-ya deyib ki, rəhbərliyin bu məsələdən xəbəri yoxdur, çünki Məhəmməd Həsənov onunla görüşə gəlməyib:

"Mühafizəçi Məhəmməd Həsənovdan vəsiqə tələb edib, o isə vəsiqəni verməyib. Belə olan halda mühafizəçi prorektor Əbülfəz Nağıyevlə əlaqə saxlayıb. Məhəmməd Həsənova təklif edilib ki, universitetdən tanıdığı biri varsa, onunla bir yerdə universiteti gəzə bilər. Əgər yoxdursa, biz ona bir nəfər verə bilərik. Məhəmməd Həsənov isə bu təkliflərdən imtina edib və özü universiteti tək gəzmək istədiyini bildirərək oradan uzaqlaşıb".

----------

11:04

Azərbaycanın Milli Qəhrəmanı Məhəmməd Həsənov Bakı Slavyan Universitetində xoşagəlməz mənzərə ilə rastlaşıb. Belə ki, Milli Qəhrəman universitet rəhbərliyinin göstərişi ilə içəri buraxılmayıb.

Milli.Az xəbər verir ki, bu barədə Məhəmməd Həsənov özü modern.az saytına məlumat verib.

O bildirib ki, xoş niyyətlə Bakı Slavyan Universitetinə gedibmiş.

"Neçə illərdir ki, Goranboy rayonunun Veyisli kənd orta məktəbində direktor işləyirəm. İstədim ki, universitetə gəlib uşaqlar üçün maraqlı nümunələr götürüm. Ona görə də vaxtilə təhsil aldığım universitetə baş çəkmək qərarına gəldim. İndiki Bakı Slavyan Universitetinə yollandım. Amma universitetə ayaq basan kimi xoşagəlməz mənzərə ilə rastlaşdım. Mühafizə xidməti universitet rəhbərliyinə məlumat versə də, məni içəri buraxmadılar.

"Qəbul etməyin, çıxıb getsin" dedilər. Bu mənzərə mənə o qədər pis təsir etdi ki! Bilə-bilə ki, Milli Qəhrəmanam, bu universtitetin məzunu olmuşam, mənimlə insafsızcasına rəftar etdilər".

Məhəmməd Həsənov universitetlə bağlı təhsil naziri Mikayıl Cabbarova şikayət edəcəyini istina etməyib.

"Bir neçə il bundan qabaq universitet tərəfindən bir kitab nəşr olunmuşdu. Kitabın bir hissəsi mənim Milli Qəhrəmanlığımdan bəhs edir. O kitabı gətirib özlərinə qaytaracam. Bir universitet ki, öz Milli Qəhrəmanına bu cür hörmət edir, ona nə deyə bilərəm ki?! Amma bu məsələni bu cür də qoymayacam. Dəfələrlə təhsil naziri Mikayıl Cabbarovla görüşümüz olub. Məhz bu cür kobud münasibətə görə, universitetlə bağlı Mikayıl Cabbarova şikayət edəcəm".

Qeyd edək ki, bir neçə ay öncə universitetin üzlüyündəki mozaikanın yeni rektor Nurlana Əliyevanın göstərişi ilə sökülməsi ciddi müzakirələrə səbəb olmuşdu.

Milli.Az

ŞƏRH YAZ

loading...
Bənzər Xəbərlər
Bütün
“General 100 min istəyir” dedilər, o isə 2 min “şirinlik“ təklif etdi
...
“Bilin ki, fövqəladə hadisə vaxtı fövqəladə hadisə baş verər” – Həftənin sitatları
...
Deputat: "Bu tədbirlər əhalinin etibarlı sosial müdafiəsinin təmininə yönəlib"
Dünyada kəskin xarakter alan iqtisadi böhran şəraitində Azərbaycanda həyata ...
Məmmədovlar əmlakdan imtina edir– Nazir oğlu ofisini satışa çıxardı
...
20 Yanvar şəhidlərinin əziz xatirəsi Ər-Riyadda da ehtiramla yad olunub - FOTO
Azərbaycanın Səudiyyə Ərəbistanı Krallığındakı səfirliyində 20 Yanvar faciəsinin ...
“Azadlıq” qəzetinin baş redaktor müavini ölkədən gedib
...
Günün qoroskopu: hər şeyə rəğmən, hadisələri tələsdirməyin
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və ...
Təyyarəyə vaxtında çata bilməsəniz nə etməlisiniz? – TÖVSİYƏ
Səyahətə gedənlərin ən böyük qorxularından biri də təyyarəyə vaxtında çata ...
Smayliklər insanın daxili aləmi barədə çox şey danışır
Britaniyanın Ormskirk şəhərindəki Ec-Hill Universitetinin bir qrup tədqiqatçısı belə ...
İnsan dünyasını dəyişən kimi niyə gözünü və çənəsini, əl-ayağını bağlayırlar?
İnsan dünyasını dəyişən kimi niyə gözünü və çənəsini, əl-ayağını ...
Qədər dəyişməyəcəyinə görə dua etməyin faydası varmı?
Allah Təalanın qəza və qədərində dəyişiklik olmayacağına görə duanın faydası ...
Lənkəranda mikroavtobus piyadanı vurdu
Lənkəran rayonunda mikroavtobus piyadanı vurub.Milli.Az "Report"a istinadən ...