SOCAR-ın vitse-prezidenti haqqında yayılan məlumatlar yalan çıxdı

16:16, 2017-01-11


SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədovun guya istintaqa cəlb olunması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirilib.

SOCAR-ın mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, bu məlumat tamamilə əsassızdır:

"Rəsmi şəkildə bildiririk ki, bu məlumat tamamilə əsassızdır. SOCAR-ın heç bir vitse-prezidenti heç bir cinayət işi üzrə istintaqa cəlb edilməyib".

Qeyd olunur ki, həqiqətə uyğun olmayan məlumat yayanlar "Kütləvi İnformasiya Vasitələri haqqında" Azərbaycan Respublikası Qanununun müddəalarına uyğun olaraq məsuliyyət daşıyırlar.

Milli.Az

ŞƏRH YAZ



Загрузка...

Son xəbərlər



Copyright © 2015-2017 xebervar.com - Bütün hüquqlar Azərbaycan Respublikası qanunvericiliyinə əsasən qorunur.

Saytda yer alan informasiyadan istifadə etdikdə istinad mütləqdir.

Xəbər Uçurduruq

Sayt haqqında | Əlaqə