SOCAR ötən il dövlət büdcəsinə 1 mlrd. 195 mln. manat ödəyib

19:02, 2017-01-11


SOCAR tərəfindən 2016-cı ilin dekabr ayında dövlət büdcəsinə 129 mln. 56 min manat vəsait ödənilib.

Şirkətdən Ölkə.Az-a verilən xəbərə görə, bu göstərici 2015-ci ilin dekabr ayı ilə müqayisədə 53 mln. 736 min manat və ya 171,3% çoxdur.

Ümumiyyətlə, ötən ilin yanvar-dekabr aylarında büdcəyə 1 mlrd. 395 mln. 421 min manat vəsait ödənilib.

Bundan əlavə, 2016-cı ilin dekabr ayında SOCAR Dövlət Sosial Müdafiə Fonduna 12 mln. 666 min manat vəsait köçürüb. Ümumiyyətlə, ötən ilin yanvar-dekabr aylarında şirkət tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş 144 mln. 417 min manat təşkil edib ki, bu da 2015-ci ilin analoji dövrü ilə müqayisədə 5 mln. 119 min manat və ya 103,7% çoxdur.

Ölkə.Az



Son xəbərlər



Copyright © 2015-2017 xebervar.com - Bütün hüquqlar Azərbaycan Respublikası qanunvericiliyinə əsasən qorunur.

Saytda yer alan informasiyadan istifadə etdikdə istinad mütləqdir.

Xəbər Uçurduruq

Sayt haqqında | Əlaqə