Şok kadrlar: hörümçək ilanı tora salıb öldürdü - VİDEO - FOTO

12:41, 2017-01-12


"Redbək" adlanan, belində qırmızı xalı olan qara hörümçək dünyanın ən təhlükəli, ən zəhərli hörümçəklərindən biri sayılır. Avstraliyada yaşayan bu hörümçəyin özəlliyi onun zəhərinin ayaqlarının ucunda olmasıdır.

Milli.Az NBC-yə istinadən bildirir ki, bu hörümçəyin zəhərlədiyi canlı, habelə insan əzablı ağrılarla ölür.

Bu günlərdə Avstraliyanın Viktoriya bölgəsindəki Vinifera şəhərindəki evlərdən birində unikal olay yaşanıb.

"Redbək" hörümçəyi dünyanın ən zəhərli ilanlarından biri sayılan Avstraliya qalxanlı ilanını ovlayıb.

İlanı tora salan hörümçək onu zəhərləyərək öldürüb.

Yaşananları ev sahibəsi Karmel Monro çəkib və sosial şəbəkələrdə paylaşıb.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Şok kadrlar: hörümçək ilanı tora salıb öldürdü

ŞƏRH YAZ



Son xəbərlər



Copyright © 2015-2017 xebervar.com - Bütün hüquqlar Azərbaycan Respublikası qanunvericiliyinə əsasən qorunur.

Saytda yer alan informasiyadan istifadə etdikdə istinad mütləqdir.

Xəbər Uçurduruq

Sayt haqqında | Əlaqə