Xəbər Lentini Aç
loading...

Soyuqdəymə və qripp zamanı mayenin düzgün qəbulu sağalmanı tezləşdirir, xəstənin vəziyyətini yüngülləşdirir.

Əksinə isə iştaha olmadıqda zorla qida qəbul etmək tövsiyə olunmur. Bu zəiflənmiş orqanizmi artıq yükləyir, xəstəliklə mübarizə etməyə mane olur.
Mayenin qəbulu nə üçün bu qədər önəmlidir?

Milli.Az saglamolun.az-a istinadən bildirir ki, bədənin hərarəti qalxdıqda orqanizm hərarəti salmaq üçün qoruyucu mexanizmi olan tərləməni işə salır. Güclü tərləmə nəticəsində orqanizmdə susuzlaşma inkişaf edir. Susuzlaşma insanın bütün orqan və sistemləri üçün çox ziyanlıdır. Bu səbəbdən xəstə daim mayenin itkisini bərpa etməlidir.

Digər tərəfdən maye xəstəlik zamanı orqanizmdə əmələ gələn toksinlərin çıxmasını sürətləndirir ki, nəticədə xəstənin vəziyyəti yüngülləşir və xəstəlik daha tez keçir.

Xəstəlik zamanı burun, boğaz, nəfəs yollarının selikli qişalarının daim nəm olması çox vacibdir. Selikli qişalar immun sisteminin "ön cəbhəsidir". Selikli qişalara düşən virus və mikroblar burada məhv olur. Susuzlaşma zamanı selikli qişalar normal fəaliyyət edə bilmir və bu da sağalmanı ləngidir.

Nə içmək lazımdır?

Bu çox vacib məsələdir. Maye ilıq (nə soyuq, nə də isti) və bir qədər turş olmalıdır. Şirin içkiləri (şirələr və s.) qəbul etmək tövsiyə edilmir. Sübut olunub ki, şəkər immun sistemini zəiflədir. Bu isə xəstəlik zamanı xüsusilə ziyanlıdır.

Çay, qəhvə, bir çox ot çayları, spirtli içkilərin qəbulu da yolverilməzdir. Onlar sidikqovucu təsirə malikdir və susuzlaşmanı daha da artırır.

Beləliklə, soyuqdəymə və qripp zamanı bunları içə bilərsiniz: limon və ya portağal suyu əlavə olunmuş adi su, mineral sular (müalicəvi sular istisna olmaqla), itburnu dəmləməsi, balla zəncəfil çayı, zoğal və ya moruq mürəbbəsi əlavə olunmuş ilıq su.

Milli.Az

ŞƏRH YAZ

loading...
Bənzər Xəbərlər
Bütün
Erkən doğulmuş körpələr üçün ana südü əvəzolunmazdır
Ana südü körpələrimizin yalnız maddi qidası deyil, həm də onlara bu dünyada bəxş ...
Cavanlıq sirri qulaq arxasında gizlənib
İnsanlar bu gün qocalmaq istəmir, yaş artdıqca hər kəs gənc və təravətli ...
Qadının təzyiqi gələcək uşağın cinsinə təsir edir
Maunt Sinay (ABŞ) hospitalında çalışan alimlər araşdırmalar nəticəsində belə ...
Soyuqdəymənin ilk simptomlarında...
Sizə soğan və sarımsaqla inhalyasiya üsulunu təqdim edirik. Milli.Az saglamolun.az-a ...
Sol böyrü üstə yatanda bədəndə nə baş verir?
Yuxu pozası sağlamlıq üçün çox mühüm əhəmiyyətə malikdir.Milli.Az publika.az-a ...
Hansı daha faydalıdır: Səhər, yoxsa axşam çimmək?
Amerikalı mütəxəssislərin apardıqları araşdırma nəticəsində məlum olub ki, ...
Öskürəyi sağaldan DADLI İÇKİ
Milli.Az saglamolun.az-a istinadən bildirir ki, bu dadlı və faydalı içki öskürəyi ...
Bananı qaynar suyla içsəniz...
Bananda C, B1, B2, PP, E vitaminləri, şəkər, karotin və fermentlər ...
Xərçəngə yoluxmaq istəmirsinizsə, əməl edin - XANIMLARA 11 MƏSLƏHƏT
Süd vəzi xərçəngi bir çox qadında ən çox müşahidə edilən xərçəng növüdür. ...
Dəri sallanmasına qarşı dəniz duzu
Yaş irəlilədikcə tədbir görülməzsə, dəri sallanması problemindən qaçmaq ...
Hamilələr bu meyvənin suyunu içsin: Qrip və QİÇS-dən qoruyur
Sağlamlığa xeyirli olan Hindistan qozunun (kakos) suyu hamilə qadınlar üçün çox ...
Dilqəm Əsgərovun atası iflic oldu - FOTO
Kəlbəcərdə erməni işğalçıları tərəfindən girov götürülən Dilqəm Əsgərovun ...