Xalq artistlərinin səmimi FOTOLARI

09:21, 2017-01-12


Tanınmış sənətçilər xəstə yatağında olan Ramiz Əzizbəylini ziyarətə gediblər. Bu haqda xalq artisti Həmidə Ömərova Milli.Az-a danışıb:

"Bayramdan istifadə edib serialımızın kollektivi ilə Ramiz Əzizbəylinin yanına getdik. Biz onunla vaxtaşırı görüşüb, danışıb gülürük. Budəfəki görüşümüz də şən zarafatlarla yadda qaldı. Ramiz xəstə də olsa bol enerjili insandır. Mən onunla çox yaxın sənət dostuyam. İnşallah, tezliklə sağalıb ayağa qalxar və biz birlikdə bir filmdə də çəkilərik".

Qeyd edək ki, bu günlərdə xalq artistləri Gülyaz və Gülyanaq Məmmədova bacıları da "10-dan sonra" verilişi vasitəsilə aktyorun ziyarətinə getmişdilər.

Əli Rəhimoğlu
Milli.Az

ŞƏRH YAZ



Son xəbərlər



Copyright © 2015-2017 xebervar.com - Bütün hüquqlar Azərbaycan Respublikası qanunvericiliyinə əsasən qorunur.

Saytda yer alan informasiyadan istifadə etdikdə istinad mütləqdir.

Xəbər Uçurduruq

Sayt haqqında | Əlaqə