Xətaidə dəhşətli qəza: yaralanan var - VİDEO - FOTO

16:29, 2017-01-11


Xətai rayonunda yol qəza hadisəsi olub.

Milli.Az ARB TV-yə istinadən xəbər verir ki, Nobel prospektində "Toyota" və "Mercedes" markalı minik avtomobilləri toqquşub.

Zərbə güclü olduğundan "Toyota" yol kənarındakı səkiyə çırpılıb. Nəticədə sürücü xəsarət alıb.

Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunublar. Onların səyi nəticəsində avtomobildə sıxılaraq qalan sükan sahibi oradan çıxarılaraq 3 saylı Şəhər Kliniki Xəstəxanasına aparılıb.

Baş verən hadisə ilə bağlı prospektdə bir müddət tıcax yaransa da, sonradan bu vəziyyət aradan qaldırılıb.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Xətaidə dəhşətli qəza: yaralanan var

ŞƏRH YAZ



Загрузка...

Son xəbərlər



Copyright © 2015-2017 xebervar.com - Bütün hüquqlar Azərbaycan Respublikası qanunvericiliyinə əsasən qorunur.

Saytda yer alan informasiyadan istifadə etdikdə istinad mütləqdir.

Xəbər Uçurduruq

Sayt haqqında | Əlaqə