Xəbər Lentini Aç
loading...

Azərbaycan Beynəlxalq Bankı (ABB) bu ilin sonuna qədər sağlamlaşdırma proqramını başa çatdırmaq niyyətindədir.

Milli.Az xəbər verir ki, bunu APA-ya açıqlamasında ABB-nin İdarə Heyətinin sədri Xalid Əhədov bildirib.

Onun sözlərinə görə, sağlamlaşdırma proqramı çərçivəsində həm dövlət qurumları, həm də beynəlxalq tərəfdaşlarla əməkdaşlıq edilir. "Əməkdaşlıq ciddi koordinasiya şəklində həyata keçirilir. Güman edirəm ki, bu il ərzində  bankın sağlamlaşdırılmasına nail ola biləcəyik", - X.Əhədov qeyd edib.
 
Bankir hazırda ABB-nin balansında olan toksik aktivlərin həcmini açıqlamayıb: "Bu yaxınlarda bununla bağlı ətraflı məlumat veriləcək".
 
X.Əhədov əlavə edib ki, Maliyyə Sabitliyi Şurası bankın sağlamlaşdırılması prosesində aktiv iştirak edir. Bankir bankın xərclərinin optimallaşdırılması istiqamətində atılan addımların da uğurla davam etdiyini bildirib: "Biz qeyri-profil aktivlərimizə yenidən baxırıq".

Milli.Az

ŞƏRH YAZ

loading...
Bənzər Xəbərlər
Bütün
“General 100 min istəyir” dedilər, o isə 2 min “şirinlik“ təklif etdi
...
“Bilin ki, fövqəladə hadisə vaxtı fövqəladə hadisə baş verər” – Həftənin sitatları
...
Deputat: "Bu tədbirlər əhalinin etibarlı sosial müdafiəsinin təmininə yönəlib"
Dünyada kəskin xarakter alan iqtisadi böhran şəraitində Azərbaycanda həyata ...
Məmmədovlar əmlakdan imtina edir– Nazir oğlu ofisini satışa çıxardı
...
20 Yanvar şəhidlərinin əziz xatirəsi Ər-Riyadda da ehtiramla yad olunub - FOTO
Azərbaycanın Səudiyyə Ərəbistanı Krallığındakı səfirliyində 20 Yanvar faciəsinin ...
“Azadlıq” qəzetinin baş redaktor müavini ölkədən gedib
...
Günün qoroskopu: hər şeyə rəğmən, hadisələri tələsdirməyin
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və ...
Təyyarəyə vaxtında çata bilməsəniz nə etməlisiniz? – TÖVSİYƏ
Səyahətə gedənlərin ən böyük qorxularından biri də təyyarəyə vaxtında çata ...
Smayliklər insanın daxili aləmi barədə çox şey danışır
Britaniyanın Ormskirk şəhərindəki Ec-Hill Universitetinin bir qrup tədqiqatçısı belə ...
İnsan dünyasını dəyişən kimi niyə gözünü və çənəsini, əl-ayağını bağlayırlar?
İnsan dünyasını dəyişən kimi niyə gözünü və çənəsini, əl-ayağını ...
Qədər dəyişməyəcəyinə görə dua etməyin faydası varmı?
Allah Təalanın qəza və qədərində dəyişiklik olmayacağına görə duanın faydası ...
Lənkəranda mikroavtobus piyadanı vurdu
Lənkəran rayonunda mikroavtobus piyadanı vurub.Milli.Az "Report"a istinadən ...