Yığmamız İspaniya və Ukrayna ilə eyni qrupda

15:16, 2017-01-11


Futbol veteranlarından ibarət Azərbaycan milli komandası beynəlxalq turnirdə iştirak edəcək.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, yığmamız Gürcüstanın paytaxtı Tiflisdə təşkil olunacaq yarışda qüvvəsini sınayacaq.

Yanvarın 15-də start götürəcək turnir 1 il əvvəl faciəvi şəkildə dünyasını dəyişmiş gürcü futbolçu və UEFA-nın meneceri David Petriaşvilinin xatirəsinə həsr olunub. Yarışa Gürcüstan, Azərbaycan, İspaniya, Türkiyə, Ukrayna və UEFA-nın yığma komandası qatılacaqlar.
 
Millimiz yarımfinala vəsiqə qazanmaq üçün İspaniya və Ukraynanın futbol veteranları ilə eyni qrupda mübarizə aparacaq. Yığmamız səfərə 15 futbolçu ilə yollanacaq. Bunlar Oqtay Abdullayev, Rüstəm Rəhimov, Asim Xudiyev, Hüseyn Məhəmmədov, Marat Salyanski, Arif Əsədov, Nadir Əliyev, Nazim Süleymanov, Vidadi Rzayev, Əli Abışov, Ağatahir Əzimov, Rəcəb Fərəczadə, Namiq Məmmədkərimov, Mahmud Qurbanov, Allahverdi Babayevdir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

ŞƏRH YAZ



Загрузка...

Son xəbərlər



Copyright © 2015-2017 xebervar.com - Bütün hüquqlar Azərbaycan Respublikası qanunvericiliyinə əsasən qorunur.

Saytda yer alan informasiyadan istifadə etdikdə istinad mütləqdir.

Xəbər Uçurduruq

Sayt haqqında | Əlaqə