Yığmamızın sabiq futbolçusu Finlandiya klubunda

11:34, 2017-01-12


Azərbaycan yığmasının sabiq futbolçusu Cem Fələk özünə yeni komanda tapıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, son vaxtlar xeyli sayda klub dəyişən milliləşən türkiyəli bu dəfə Finlandiyada peyda olub.

20 yaşlı yarımmüdafiəçi bir neçə gündü "Rovaniemi"nin düşərgəsindədi. Uşaq ikən qeyri-adi məhsuldarlığı ilə reklam olunan futbolçu Skandinaviya təmsilçisinin baxışa çağırdığı oyunçular arasındadı. O, bu klubda möhkəmlənmək üçün özünü yaxşı tərəfdən göstərməyi bacarmalıdı.
 
Qeyd edək ki, vaxtilə "Xəzər Lənkəran"la da müqavilə imzalayan Fələk bunadək Almaniyanın "Ayntraxt" (Frankfurt), "Bohum", Şotlandiyanın "Aberdin", Türkiyənin "Antalyaspor" kimi klublarında da çıxış edib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

ŞƏRH YAZ



Загрузка...

Son xəbərlər



Copyright © 2015-2017 xebervar.com - Bütün hüquqlar Azərbaycan Respublikası qanunvericiliyinə əsasən qorunur.

Saytda yer alan informasiyadan istifadə etdikdə istinad mütləqdir.

Xəbər Uçurduruq

Sayt haqqında | Əlaqə