Xəbər Lentini Aç
loading...

Şəmkirdə silsilə oğurluqlar törədən iki nəfər saxlanılıb.

Milli.Az ARB Kəpəz-ə istinadən xəbər verir ki, kənddə işləməyə gedən gənclər asan qazancın yolunu oğurluqda tapıblar.

Bağlı qapı axtaran dostlar evdə heç kimin olmadığına əmin olduqdan sonra mənzili qarət ediblər.

Elmixan Əhmədov - zərərçəkən şəxs: "Evə gələndə gördük ki, televizorun altında olan rəfin içindəkiləri bütünlüklə yerə töküblər. Oradan bir çox qiymətli əşyalar götürüblər. Daha sonra o biri otaqdan isə 1830 manat nağd pul oğurlayıblar".

Şəmkirin Abbaslı kənd sakini Elmixan Əhmədov və ailə üzvlərinin başına gələnlər uzun illər onların xatirəsində qalacaq. Evini təmir etdirmək üçün inşaat materialları almağa gedən ailə, geri dönəndə evinin talandığını görüb. Zərərçəkənin müraciəti əsasında əməliyyat tədbirlərinə başlayan Şəmkir polisi oğruların kimliyini müəyyən edə bilib. Məlum olub ki, Elmixan Əhmədovun evinə qanunsuz olaraq daxil olanlar Gəncə sakinləridir.

Saxlanılan şəxslər ilkin ifadələri zamanı oğurluq etdiklərini etiraf ediblər. Əvvəllər bir neçə dəfə məhkumluq həyatı yaşayan Qüdrət Cəfərov Abbaslı kəndinə xurma yığmaq üçün getdiklərini deyib. Ancaq kəndə çatdıqda, qapılardan birinin bağlı olması onları ağac başına çıxmaqdan yayındırıb.

Qüdrət Cəfərov - saxlanılan şəxs: "Yolun kənarında bir ev gördük, kilidlənmişdi. Girdim evə, əşyaları götürdüm. Yoldaşım isə gözətçi durdu ki, gələn olsa xəbər etsin".

Oğurluğun digər iştirakçısı Nurlan Musayev də dostu ilə həmfikirdir. O, cinayətdə gözətçi kimi iştirak edib. Əldə etdikləri qəniməti isə "dədə malı" kimi öz aralarında bölüblər.

Nurlan Musayev - saxlanılan şəxs: "Məhlənin arxasından keçdik. Evin arxasında mən durdum, o, içəri keçdi. Mən pəncərənin yanında onu gözlədim".

İstintaq yolu ilə o da məlum olub ki, bu, Qüdrət Cəfərov və Nurlan Musayevin ilk və son əməli deyil. Gənclər buna qədər Şəmkirlə yanaşı, ətraf şəhər və rayonlarda silsilə xarakterli oxşar oğurluqlar törədiblər.

Hazırda bu istiqamətdə araşdırmalar davam etdirilir.

Milli.Az

ŞƏRH YAZ



loading...
Bənzər Xəbərlər
Bütün
Taksilərə qarşı cəriməsiz reyd keçirildi - VİDEO - FOTO
Qanunsuz taksi fəaliyyəti göstərənlərə qarşı növbəti reyd keçirilib.Milli.Az ARB ...
"Tapıb evə gətirmişəm, özüm də çəkəniyəm" - Köhnə məhkum narkotiklə tutuldu - VİDEO - FOTO
Sabunçu rayon Polis İdarəsi 14-cü polis bölməsi əməkdaşlarının daxil olan məlumat ...
Yük avtomobili aşdı: tonlarla kartof yola töküldü - VİDEO - FOTO
Bu gün saat 18:45 radələrində Bakı-Qazax magistralının 385-ci km-də, Şəmkir ...
Yük avtomobili aşdı: tonlarla kartof yola töküldü - FOTO
Bu gün saat 18:45 radələrində Bakı-Qazax magistralının 385-ci km-də, Şəmkir ...
Toxumlardan möhtəşəm sənət əsərləri yaradan Cəlilabad sakini - VİDEO - FOTO
Cəlilabad sakini Yusif Əliyev yaradıcılığında daha çox illüstrasiya, kompazisiya və ...
7 ailənin yaşadığı bina yandı - VİDEO - FOTO
Kürdəmirdə 7 ailənin məskunlaşdığı binada yanğın olub.ARB TV xəbər verir ki, ...
"Aygün Kazımova ilə bacı-qardaşıq" - Türkiyəli məşhur rejissor - VİDEO - FOTO
ARB TV-nin efirində yayımlanan "Türk şou-maqazin" verilişinin bu dəfəki ...
Qəbir daşları düzəldən sexdən 1500 manatlıq oğurluq - VİDEO - FOTO
Cəlilabad rayonunda qəbir daşları düzəldilən sexdən oğurluq edilib.Milli.Az ARB ...
Sərxoş olub yıxıldı - vəziyyəti ağırdır - VİDEO - FOTO
ARB TV xəbər verir ki, Tovuzun Həzi Aslanov küçəsində yıxılan gənc xəsarət ...
İki "06" toqquşdu - 5 yaralı - VİDEO - FOTO
Gəncənin Heydər Əliyev prospektində yol qəzası baş verib.ARB Kəpəz xəbər verir ki, ...
Şəmkirdə dəhşət: Toya çağırılmayan gənc bəyi bıçaqladı - FOTO
Şəmkir rayonunun Sərxan yaşayış massivində bıçaqlanma hadisəsi baş verib.Milli.Az ...
400 manat oğurlayan şəxs: "Satıcını çağırıb söhbət etdik" - VİDEO - FOTO
Paytaxtın Yasamal polisi, Şərifzadə küçəsində meyvə satan Amil Salıyevə qarşı ...