12:00 2020.08.05

Yumşalmanı üzümüzə-gözümüzə yaxdıq - Yeni qadağalar gəlir

Yumşalmanı üzümüzə-gözümüzə bulaşdırdıq - Yeni qadağalar gəlir

Xebervar.com bildirir ki, bu, Türkiyənin məşhur haberler.com saytının karantin rejiminin yumşaldılmasının nəticələri ilə bağlı xəbər başlığıdır.

Məlumatda bildirilir ki, yumşalma nəticəsində yoluxma sayı artdığına görə Türkiyədə yenidən qadağalar tətbiq olunacaq.

Toy, yas, əyləncə mərasimlərinin təşkili, əsgər qonaqlıqları və digər kütləvi tədbirlərin təşkilinin qadağan olunması müzakirə edilir.

"Yeni xəstə sayındakı artım ciddidir. İki gün arasındaki fərq yaxın dövrdə ilk dəfə bu qədər aşkar hiss olunur. Bayram və istirahət zamanı toplaşma hallarının ağır nəticələrə yol açmasına imkan verməməliyik. Hər birimiz bir-birimizə qarşı məsuliyyət daşımalıyıq. Tədbirdə birliyə ehtiyacımız var", - Səhiyyə naziri Fəxrəddin Qoca "Twitter" hesabındakı paylaşımında bildirib.

Bəxtiyar Umarlı
Xebervar.com

0 Rəy:
Sizin Rəyiniz:

Adınız & Soyadınız:

Rəyiniz: