04:00 2020.02.14

347 nəfərin öldüyü adada yeni dəhşət oyandı

İndoneziyanın Yava adasındakı Merapi vulkanında partlayış olub.

Xebervar.com xəbər verir ki, bu barədə "Tempo" informasiya yayıb.

Məlumata görə, Cokyakarta şəhərində yerləşən vulkan səhər püskürüb və proses 150 saniyə davam edib.

Səlahiyyətli şəxslər partlayışda üzə çıxan kül və dumanın vulkanın kraterindən 2 min metr yüksəyə qalxdığını bildirib.

Vulkanologiya və Geoloji Fövqəladə Vəziyyətin Azaldılması Mərkəzi (PVMBG) ikinci təhlükə siqnalı (Waspada) səviyyəsindəki vulkanın 3 km əhatəsində olmaması üçün yerli xalqa və əhaliyə xəbərdarlıq edib.

Xatırladaq ki, 2 min 968 metr hündürlüyə malik Merapi vulkanı sonuncu dəfə 2010-cu ildə güclü şəkildə püskürmüş, nəticədə 347 nəfər dünyasını dəyişmişdi.

"Sakit okean Alov Çevrəsi"ndə yerləşən İndoneziyada 130-a yaxın aktiv vulkan var. (publika.az)

Xebervar.com

0 Rəy:
Sizin Rəyiniz:

Adınız & Soyadınız:

Rəyiniz: