18:00 2020.03.20

4 mağazadan oğurluq edən Bakı sakini saxlanıldı

Müxtəlif vaxtlarda 4 mağazadan oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini C.Həsənov saxlanılıb.

Daxili İşlər Nazirliyindən Xebervar.com-a verilən məlumata görə, Kriminalistik Tədqiqatlar İdarəsi, Xəzər RPİ 1-ci PŞ və 3-cü PB, Suraxanı RPİ 33-cü PB əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində müxtəlif vaxtlarda Xəzər və Suraxanı rayonları ərazilərində 4 mağazadan pul, tütün məmulatı və spirtli içki oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini C.Həsənov saxlanılıb.

Xebervar.com

0 Rəy:
Sizin Rəyiniz:

Adınız & Soyadınız:

Rəyiniz: