4573

87
60

6 illik küsülülük bitdi

Bülent Ersoy ötən gecə məşhur restoranlardan birində səhnəyə çıxıb. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, tamaşaçılar 270 metr tüldən hazırlanmış paltar geyinən sənətçini görməkdə çətinlik çəkiblər. Kristal daşlarla bəzədilən kostyum 3 aya tikilib. Xəstə olduğunu və yüksək qızdırma ilə səhnəyə çıxdığını deyən müğənninin əlindəki göyərmələr də diqqətlərdən yayınmayıb. O, 6 ildir küsülü olduğu Ajda Pekkanla da barışdığını deyib. "Ajda tərbiyəli qadındır, mənim kimi deyil. Xəstə olduğumu öyrənincə, zəng etdi. 15 dəqiqə danışdıq. Varlığı ən yaxşı dərmandan belə daha təsirlidir" deyə, o, bildirib. Qeyd edək ki, 6 il əvvəl Bülent Ersoy qatıldıqları iftar yeməyində ona salam verməyən Ajda Pekkan üçün "Bu nə hərəkətdir? Allah onu islah etsin. Kobud, bədheybət biridir" demişdi. Bu sözlərə görə, Pekkan onu məhkəməyə vermiş və sənətçiyə 3 min 750 lirəlik pul cəzası kəsilmişdi.  

0 Rəy:
Sizin Rəyiniz:

Adınız & Soyadınız:

Rəyiniz: