07:30 2020.07.01

ABŞ koronavirusu müalicə edən dərmanı bu qiymətə satacaq - Dodaquçuqladan rəqəm

"Gilead Science" koronavirusu müalicə edən "Remdesivir" dərmanının ABŞ bazarı üçün qiymətini müəyyənləşdirib.

Xebervar.com xəbər verir ki, iyul ayından etibarən satışa veriləcək dərmanın vətəndaşlar üçün qiyməti 3 min 120 dollar olacaq.

Qeyd edək ki, dərman may ayından bəri ABŞ hökumətinə pulsuz verilirdi. İnkişaf etmiş ölkələrin hökumətləri bu dərmanı 390 dollara ala biləcək. ABŞ-da bu dərmanın özəl tibbi sığortası şirkətlərinə satış qiyməti 520 dollar təşkil edəcək. Tibbi sığortası olan bir xəstə "Remdesivir" müalicəsi üçün 3 min 120 dollar ödəməli olacaq. (publika.az)

Xebervar.com

0 Rəy:
Sizin Rəyiniz:

Adınız & Soyadınız:

Rəyiniz: