20:30 2020.03.05

"Anam məni döyür, küncdə saxlayırdı"

"Atam heç vaxt mənə əl qaldırmayıb. Məni döyən, küncdə saxlayan anam olub. Atam hər zaman arxamda dayanıb, müdafiə edib".

Xebervar.com Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Brilliant Dadaşovabnın oğlu Cahad deyib. "Gəl qonaq ol" proqramı Dadaşovanın bağ evində çəkiliş edib. Ailəsi ilə kamera qarşısına keçən müğənni oğlundan bəhs edib.

İfaçının "Uşaq vaxtı Cahada deyirdim, səni mən doğmuşam. Cavab verirdi ki, yox, məni atam doğub" sözlərinə Cahad "Hələ də elə düşnürəm" cavabını verib.

Cahad daha sonra qidalanmağından danışıb. O, hər 20 saatdan bir yemək yediyini söyləyib.

Xebervar.com

0 Rəy:
Sizin Rəyiniz:

Adınız & Soyadınız:

Rəyiniz: