1884

408
366

ATƏT Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində monitorinq keçirəcək

 ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, dekabrın 4-də Füzuli rayonu ərazisində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.Monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Oqnyen Yoviç və Saymon Tiller keçirəcəklər.Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin səhra köməkçiləri Mixail Olaru, Genadi Petrika və Martin Şuster keçirəcəklər. 

Xəbərin Qaynağı ReportAz

0 Rəy:
Sizin Rəyiniz:

Adınız & Soyadınız:

Rəyiniz: