03:00 2020.02.14

Avtomobilini oğurladılar

"San-Paulu"nun müdafiəçisi Dani Alvesin avtomobil oğurlanıb. 

Xebervar.com kaspi.az-a istinadən bildirir ki, hadisə yanvarın 11-də San-Paulunun Pneyros rayonunda baş verib. Futbolçu avtomobilini qorunan dayanacaqda saxlayıb.

Amma oğrular mühafizəçini hədələyərək avtomobili qaçırmağa nail olublar. Alves məsələ ilə bağlı polisə müraciət edib. 

Alves "San-Paulu"ya ötən ilin yayında azad agent kimi keçib. O, Avropada "Yuventus", "Barselona", PSJ kimi klublarda çıxış edib.   

Xebervar.com

0 Rəy:
Sizin Rəyiniz:

Adınız & Soyadınız:

Rəyiniz: