10:30 2020.05.20

"Azərbaycan regionda aparıcı rol oynayan dövlətdir"

CİSCO çox məşhur və populyar bir şirkətdir. Belə bir konfransın keçirilməsi, ilk növbədə, şirkətin rəhbərliyi, göstərdiyi fəaliyyətinə və Azərbaycanın maraqlarına tam cavab verir. 

Bunu Xebervar.com-a açıqlamasında politoloq Fikrət Sadıxov deyib.

O, CİSCO şirkətinin Azərbaycanla birgə layihələrdə tərəfdaşlıq etməyini çox önəmli məqam hesab edir:

"Təsadüfi deyil ki, burada çox mühüm məsələlərə toxunuldu. Burada, ilk növbədə, həm iki tərəfli münasibətlər, gələcəkdə görünən perespektivli layihələr barədə müzakirələr aparıldı. Bu, həmin o şirkət üçün çox önəmli bir məqamdır. Çünki biz hər halda bu regionda aparıcı rol oynayan bir dövlətik. Bizim oynadığımız rol dünya siyasətində də öz əksini tapır - Bir sıra iri miqyaslı layihələrdə, nəqliyyat layihələri, enerji layihələri. Biz müəyyən dərəcədə Avropa təhlükəsizliyini, enerji təhlükəsizliyini təmin edirik. Yəni, CİSCO kimi şirkətlər bunu dərk edir, başa düşür. Çünki onların Azərbaycanla əlaqələri inkişaf etdirməsi onların maraqlarına tam cavab verir. Burada həm iqtisadi maraqlar var, həm regional əlaqələrin inkişafı məsələsi durur və eyni zamanda, əlbəttə ki, bu şirkətin Azərbaycanda, regionda fəaliyyətinin genişlənməsi məsələsi dayanır. Bu da tam mənada hər iki tərəfin maraqlarına cavab verir". 

Təhməz Təkin
Xebervar.com

0 Rəy:
Sizin Rəyiniz:

Adınız & Soyadınız:

Rəyiniz: