914

57
15

Azərbaycan Sverdlovskda tibbi turizmin inkişafında iştirak edəcək

"Rusiyanın Sverdlovsk vilayətində tibbi turizm Azərbaycandan olan həmkarlarla birlikdə inkişaf etdiriləcək. Ural regionu ilə Azərbaycan arasında əməkdaşlığın inkişafı 2020-ci ilin yol xəritəsinə daxil edilib".

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Sverdlovsk vilayətinin Turizm İnkişaf Mərkəzinin direktoru Elmira Tukanova məlumat verib.

O xatırladıb ki, 2015-ci ildə Azərbaycan Turizm Agentliyi və Sverdlovsk vilayətinin Turizm İnkişaf Mərkəzi arasında turizm sahəsində əməkdaşlıq haqqında saziş imzalanıb.

E.Tukanovanın sözlərinə görə, uşaq turizmi kimi istiqamətin tətbiqi də planlaşdırılır: "Gələcəkdə hər iki tərəfin yardımı ilə uşaq turizminin inkişafını görürük. Sverdlovsk vilayətində məktəb təhsili turizminin inkişafı üçün "Məktəb üçün Ural" proqramı fəaliyyət göstərir".

Azərbaycanın Yekaterinburqdakı baş konsulu İlqar İskəndərov qeyd edib ki, X Rusiya-Azərbaycan Regionlararası Forumu çərçivəsində Azərbaycan Turizm Agentlikləri Assosiasiyası və Sverdlovsk vilayətinin Turizm İnkişaf Mərkəzi arasında turizm sənayesinin inkişafı ilə bağlı ikitərəfli saziş imzalanıb.

"Ölkəmizin rəhbərliyi regionlararası əməkdaşlığa böyük əhəmiyyət verir. Həmçinin qeyri-neft sektorunun inkişafına da diqqət yetirilir - bura mühəndislik, yüngül və ağır sənaye daxildir. Həmçinin turizmi də düşünürük", - baş konsul əlavə edib.

0 Rəy:
Sizin Rəyiniz:

Adınız & Soyadınız:

Rəyiniz: