16:30 2020.03.24

Azərbaycanda avtomobil istehsalı artıb

Azərbaycanda maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 98,3 milyon manatlıq məhsul istehsal edilib.

Xebervar.com Trend-ə istinadən bildirir ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə sair nəqliyyat vasitələrinin istehsalı 2,5 dəfə, avtomobil, qoşqu və yarımqoşquların istehsalı isə 7,0 dəfə artıb.

Yanvar-fevral aylarında 480 ədəd minik avtomobili istehsal olunub, ştanqlı quyu nasoslarının istehsalı 85,0 faiz, mancanaq dəzgahlarının istehsalı 2,2 dəfə artıb.

Xebervar.com

0 Rəy:
Sizin Rəyiniz:

Adınız & Soyadınız:

Rəyiniz: