23:00 2020.02.12

Azərbaycanda bir ailənin 3 üzvü turşudan zəhərləndi - Ana öldü

İmişlidə bir ailənin 3 üzvü turşudan zəhərlənib.

Xebervar.com qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində yerləşən evdə qeydə alınıb. Belə ki, rayon sakinləri - 1971-ci il təvəllüdlü Ağayev Elman Mahmud oğlu, 1968-ci il təvəllüdlü Ağayeva Sayalı Sarış qızı və onların qızı 2005-ci il təvəllüdlü Ağayeva Samirə Elman qızı pomidor turşusundan zəhərlənib. Zəhərlənənlər İmişli rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Həkimlərin səyinə baxmayaraq, Sayalı Ağayevanın həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Xebervar.com

0 Rəy:
Sizin Rəyiniz:

Adınız & Soyadınız:

Rəyiniz: