14:00 2020.03.13

Azərbaycanın işğal olunmuş ərazilərinin hüquqi statusu ilə bağlı qanun qəbul olunmalıdır - Deputat

"Azərbaycanın işğal olunmuş ərazilərinin hüquqi statusu ilə bağlı qanun qəbul olunmalıdır".

Xebervar.com Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev deyib.

O bildirib ki, dünyanın bir sıra ölkələrində analoji qanun qəbul olunub:

"Bizim işğal olunmuş ərazilərimizdə xarici şirkətlər işləyir və orada sponsorluq edirlər. Ona görə də həmin ərazilərin hüquqi statusuna dair qanunun qəbul edilməsinə böyük ehtiyac var".

Xebervar.com

0 Rəy:
Sizin Rəyiniz:

Adınız & Soyadınız:

Rəyiniz: