2599

54
50

Azərbaycanlı gimnast: "Yarışlar öz gücünü sınamaq üçün əla fürsətdir"

Yarışlarda yaxşı nəticələr göstərmək istəyirəm. Milli.Az bildirir ki, bunu Trend-ə Zaqataladan olan bədii gimnastıka üzrə 6-cı bölgələrarası kubokun iştirakçısı Həvva Əbdürəhmanova deyib. H. Əbdürəhmanova bildirib ki, o, Bakıda Milli Gimnastika Arenasında ilk dəfə çıxış edir: "Salon gözəl, geniş və işıqlıdır - mən məmnunam. Burada çox rahatdır, ona görə də xalça üzərinə çıxmaqdan qorxmuram". Gimnast qeyd edib ki, bu yarışlarda məqsədi yaxşı nəticə göstərməkdir: "Yarışların qalibi olmaq istəyirəm. İdmanda böyük nəticələr əldə etmək üçün çox məşq etmək lazımdır. Yarışlar öz gücünü sınamaq üçün əla fürsətdir". }; Qeyd edək ki, oktyabrın 10-da bədii gimnastika üzrə 26-cı Azərbaycan və Bakı birinciliyi, 6-cı bölgələrarası kubok və aerobika gimnastikası üzrə 5-ci ölkə birinciliyi və paytaxt çempionatına start verilib. Dördgünlük yarışda gimnastlar "gənclər", "yeniyetmələr", "uşaqlar" və "balacalar" yaş qruplarında medallar uğrunda mübarizə aparacaqlar. Milli.Az

Xəbərin Qaynağı MilliAz

0 Rəy:
Sizin Rəyiniz:

Adınız & Soyadınız:

Rəyiniz: