11:00 2020.03.12

Bakıda 27 yaşlı oğlan küçədə bıçaqlandı

Bakıda gənc oğlan küçədə bıçaqlanıb.

Xebervar.com Trend-ə istinadən bildirir ki, hadisə paytaxtın Nərimanov rayonunda qeydə alınıb. Bakı şəhər sakini 1993-cü il təvəllüdlü İlkin Hüseynov küçədə tanımadığı şəxs tərəfindən bıçaqlanıb.

O ağır vəziyyətdə 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılaraq əməliyyat olunub, vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Xebervar.com

0 Rəy:
Sizin Rəyiniz:

Adınız & Soyadınız:

Rəyiniz: