11:00 2020.03.21

"Barselona" Rakitiçə qiymət qoydu

"Barselona" futbolçusu İvan Rakitiçin transfer qiymətini müəyyənləşdirib.

Xebervar.com qol.az-a istinadən xəbər verir ki, xorvatiyalı yarımmüdafiəçi əsas heyətdə az şans verildiyi üçün komandadan ayrıla bilər. Kataloniya klubu isə sərfəli təkliflər gələcəyi təqdirdə oyunçunu satmağa hazırdır. La Liqa təmsilçisi 32 yaşlı futbolçu üçün 20 milyon avro tələb edir.

"Mançester Yunayted" "İnter" və "Yuventus" Rakitiçlə maraqlansa da, onun sabiq klubu "Sevilya"ya qayıtmaq istədiyi bildirilir.

Qeyd edək ki, İ.Rakitiçin "Barselona" ilə müqaviləsi 2021-ci ilin yayına qədərdir.

Xebervar.com

0 Rəy:
Sizin Rəyiniz:

Adınız & Soyadınız:

Rəyiniz: