17:30 2020.06.04

Belarusda yeni Baş nazir təyin olunub

Belarusda Roman Qolovçenko yeni Baş nazir təyin edilib.

Xebervar.com Trend-ə istinadən xəbər verir ki, bu barədə ölkə Prezidenti Aleksandr Lukaşenko sərəncam imzalayıb.

Qeyd edək ki, ötən gün Sergey Rumasın başçılıq etdiyi hökumət istefa vermişdi.

A.Lukaşenko yeni hökumətin formalaşdırılmasını avqustun 9-da keçiriləcək prezident seçkilərinə hazırlıqla izah edib.

R.Qolovçenko 2018-ci ilin avqustundan Belarus Dövlət Hərbi-Sənaye Komitəsinin sədri işləyib.

Xebervar.com

0 Rəy:
Sizin Rəyiniz:

Adınız & Soyadınız:

Rəyiniz: