07:30 2020.01.14

Beqoviç “Qarabağ”dan “Milan”a transfer olunub

Ağdamın "Qarabağ" klubunda icarə əsasında çıxış edən qapıçı - Asmir Beqoviç İtaliyanın "Milan" klubuna transfer olunub.

Xebervar.com Trend-ə istinadən bildirir ki, 32 yaşlı Bosniya və Herseqovinalı qapıçı "Milan" klubunda cari mövsümün sonuna kimi çıxış edəcək.

Asmir "Qarabağ"da mövsümün ilk yarısında forma geyinib. Onun "Bornmut"la müqaviləsi 2021-ci ilin iyun ayınadəkdir.

Beqoviçin yanvarın 15-də İtaliya kubokunda SPAL klubuna qarşı keçirəcəyi oyunda debütü gözlənilir.

Qeyd edək ki, A.Beqoviç "Çelsi" və "Bornmunt", "Stok Siti" və bir neçə tanınmış klubların formasını geyinib.

Xebervar.com

0 Rəy:
Sizin Rəyiniz:

Adınız & Soyadınız:

Rəyiniz: